Vətənpərvər olmaq...
Əli Əhmədov tərəfindən "İnşa" bolməsinə 13:27 29 iyun 2015 tarixində əlavə olunmuşdur

Vətənpərvər olmaq nə deməkdir?

Torpağını sevmək, ölkənə dəyər vermək, bayrağını hər şeydən uca tutmaqdır vətənpərvər olmaq. Himn oxunananda ayağa qalxmaq, himni sonadək səsləndirmək, dövlətini sevmək, onun üçün canından keçməyi gözə almaq vətənpərvər olmaq deməkdir...

Vətənpərvər olmaq, həmvətəninə hörmət etmək, ona dəstək olmaq, yeri gələndə, onu müdafiə etməkdir; Ölkənin tarixini bilmək, təbliğ etmək, dövlətinin mənafeyini müdafiə etməyi bacarmaqdır. Vətəninə qulluq etmiş, onun adı üçün çalışmış şəxsiyyətləri tanımaq, unutmamaq, gələcək nəsillərə onlar haqqında danışmaq, onları anmaqdır vətənpərvər olmaq...

Ölkəndən kənarda olanda torpağın üçün darıxmaq, adı səslənəndə ürəyinin titrəməsi, uğurlarını eşidəndə sinənin qabarmasıdır vətənpərvər olmaq. İştirak etdiyin müsabiqələrdə öz adından əvvəl dövlətinin adının gəldiyini unutmamaq, öz adından əvvəl dövlətinin adı, bayrağı üçün qalib gəlmək istəyi, öz gücünlə, əslində, təmsil etdiyin xalqın gücünü göstərməyə səydir vətənpərvər olmaq...

Vətənpərvər olmaq, biliklərini həmvətənlərinlə bölüşmək, öyrənmək istəyəni öyrətmək, istəməyəndə həvəs yaratmaq, bacarıqlı həmvətəninin fərdi inkişafı üçün əlindən gələni əsirgəməməkdir. Səndən kömək uman həmyerlinə kömək olmaq, yeri gələndə sənin də kömək umacaq birilərinin olmağıdır vətənpərvər olmaq; Bir-birinə dəstək olmağı bacarmaqdır...

Ölkənin inkişafına töhfə vermək, onun mənafeyi üçün birləşmək, əl-ələ vermək, namusunu hifz etmək, bayrağını yüksəltməkdir vətənpərvər olmaq...

Vətəninlə qürur duymaqdır vətənpərvər olmaq!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+26=
Hesaba giriş
Müəllif

Əli Əhmədov
Haqqında
Gününü internet yazılar oxumağa həsr edən birisi...
Əlaqə
E-mail:
ahmed_ahmed_88@rambler.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0346 saniye