Barselonanın əfsanəvi yarımmüdafiəçisi Xavi Hernandez, Çempionlar Liqasında ən çox qələbə qazanan futbolçu kimi bir rekorda imza atdı. Katalan kulubunun İtalyan nəhəngi Milanı 3-1 məğlub etdiyi qarşılaşmada Çempionlar Liqasında 134-cü oyununa çıxan Xavi, 80-ci qalibiyyətini əldə edərək Raulu geridə qoymağı bacardı. Futbolla vidalaşan Raul Gonzalez isə 142 qarşılaşmada 79 qələbə qazanmışdı.
33 yaşındakı Xavi Hernandez Creus bu vaxta qədər Çempionlar Liqasını 3 dəfə qazanıb. 2006, 2009 və 2011-ci illərdə Avropanın ən böyük kubokunu göylərə qaldıran təcrübəli futbolçu hər futbolçuya nəsib olmayacaq xoşbəxtliklər yaşadı. Bundan əlavə, İspanya Millisi ilə 2008 və 2012 illərində Avropa, 2010-cu ildə isə Dünya çempionu olmuşdur.