Xocalını unutmayaq! (inşa)
Səbinə Məmmədzadə tərəfindən "İnşa" bolməsinə 17:10 19 fevral 2014 tarixində əlavə olunmuşdur

Xalqımız tarix boyu amansız hücumlara məruz qalıb. Bunun səbəbi ölkəmizin milli sərvəti, gözəl təbiətidir. Düzdür xalqımız dəfələrlə dəhşətli hücumlara məruz qalıb, ancaq düşmənə baş əyməyib, qəhrəmancasına vuruşub.

Bu cür hücumlardan ən dəhşətlisi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verib. Ermənilərin qəfil hücumu insanların təşvişinə səbəb oldu. Xocalı əhalisi bir neçə dəqiqə sonra başlarına gətiriləcək faciədən xəbərsiz idi. Həmin gecə sözün əsl mənasında insanlara vəhşicəsinə divan tutuldu. Uşaq, qadın, qoca demədən hər kəs amansızcasına qətlə yetirildi. Yüzlərlə, minlərlə əhali yurd-yuvasından didərgin salındı. Kimisi dərisi soyularaq, kimisi beyni çıxarılaraq öldürüldü. Bir sözlə insanlara amansız işgəncələr verildi. Halbuki, onların heç bir günahı yox idi. Sizcə 2 yaşlı körpə bir uşağın nə günahı ola bilərdi? Ümumiyyətlə dinc əhaliyə qarşı bu cür təbliğat törətmək əsl vəhşilikdi. Hər şeyə baxmayaraq vətən oğulları qanının son damlasına qədər vuruşdu, lakin torpaqlarımız düşmənin əlinə keçdi.

Hal-hazırda torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Ancaq bu cür davam edə bilməz! Torpaqlarımızı geri almalıyıq! 2 yol var: ya sülh, ya da müharibə. Şəxsən mən artıq qanların tökülməyini istəmirəm. Sülh tərəfdarıyam. Ancaq lazım gələrsə müharibəyə də hazır olmalıyıq. Hər an müharibə ola bilər. Bu qaçılmazdır. Torpağımız uğrunda canımızdan keçməyə hər an hazır olmalıyıq. Çünki Vətən müqəddəsdir! Onun ərazi bütövlüyünü qorumaq isə bizim borcumuzdur. Necə deyərlər, təki Vətən sağ olsun!!!


... dəfə oxunub
Qiymət: 9/10(16 səs)
[qiymət ver ]
Şərh yaz
5+21=
Hesaba giriş
Müəllif

Səbinə Məmmədzadə
Haqqında
314 saylı orta məktəbin 9-cu sinif şagirdiyəm. Hərdən nələrsə yazıram. Qardaşımın yazıları mən də bu sahəyə maraq oyadıb. Gələcəkdə kitablarımın nəşr olunmağını arzu edirəm.
Əlaqə
E-mail:
sebine105@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0248 saniye