-Niyə belə olur axı?
-Necə?
-Addımlarını sürətləndirdikcə nəfəsin daralır..
-Ah.. Balaca qız.. Bunu özün tap.
-Sən bu duyğunu yaşamısan mı heç?
-Hə.. Bu duyğunu ancaq "yaşamayan"lar bilir zatən.
Səhər saat 06:00. Yuxudan dik atıldı. Gördüyü qadın necə tanış gəlirdi? Ah.. Heç yadına sala bilmədi, kimdi o. Kim idi axı?
Bütün günü ağlında bir fikirlə dolandı "yaşamayanlar bilir" .
* * *
May ayının ortaları idi. Sancılı bir gün idi. Məlum məsələdir ki, balaca qız doğulacaq..
Yox, amma o qızcığaz heç çıxmaq istəmədi qaranlıq dünyaya. Axı anasının bətnində daha rahat idi. Addımını atsın mı, bu yorğun, fəlakət dolu dünyaya, yoxsa ordaca qalıb anasına əzablar versin?
Fikirləri qarışıq idi. Doğulsaydı da, yaşama ehtimalı az idi. Çünki "murdar leş" qəbul etmir bu cür insanazidd varlıqları.
- Vəziyyət gərgindi. Tez körpəni nəzarət altına alın. Tez tez.
- Nəfəs gedir, gəlmir.. Ax, balaca..
- Hə... Qurtuldu..
***
Qarışıq bir gün idi. Gecə gördüyü yuxudan sonra özünə gələ bilmirdi. Aynaya baxmağa da qorxurdu. Birdən o qadını görər...
Bir dəqiqə .. Bir dəqiqə...
O qadını niyə görür ki? Aynada görəcəyi özü idi axı...
O , hər səhv etdikdə ya da üsyankarlıq etdiyində onun öz adına bənzədiyini deyərdilər. Necə yəni öz adına bənzəyirdi?
Heç anlaya bilmirdi ətrafındakı insanların naməlum davranışlarını. Sanki eyni sözü əzbərləyibmiş kimi təkrar təkrar danışırdılar.
O isə nə insanları vecinə almırdı. Yuxu onu narahat edirdi...
"Yaşamayanlar bilir"..
Mən yaşamırdın mı məgər? - deyə suallar verirdi özünə təkrar təkrar.
Sevdiklərinin buz kimi hərəkətləri onu yorurdu. Onlarsa bunu görmürdü. O gecə o yuxunu görəndən sonra dəyişdi...
Bumbuz oldu.. Əlini ürəyinə apardı. Və dərindən bir nəfəs aldı. Necə bir məngənəydi axı?
Görəsən, bu gecə də görə biləcəkdimi həmin qadını?
* * *
Axşam saat 20:40
Atası nədənsə danışır. O isə həmişə maraqla dinlədiyi atasına qulaq asmırdı. Beynində isə o qadın.
- Bax, Xuraman, rəhmətlik nənən mənə çox nəsihətlər verirdi.. Belə etmə, pis olarsan, deyirdi. Mənsə fikir vermirdim. Bilirəm, indi sənin də o yaşındır. "Mənəm" deyirsən. Amma ananla olan bu müxalifliyin heç yaxşı deyil.
O isə tək bir sözə kilidlənib qalmışdı. "Xuraman" və "rəhmətlik nənən"...
-Onsuz eşitmirsən məni. İndi istədiyini et, amma sonra peşman olma..
-Yox, yox, dinləyirəm.. Nə bilim e, ata. Bəlkə də haqlısan.
-Yaxşı, qoy dincəlim... Düşün dediklərimi.
Həqiqətən atası nə demişdi ki?
Anasıylasa heç barışmazdı ulduzları.. Nədəndi, bilmirlər özləri də.
* * *
Saat 03:00
-Bax, balaca qız.. Mən də sənin adaşınam. Adım Xuramandı. Mən bilrəm ki, sən tanımadan sevdin məni. Amma onu da bilirəm ki, sevmək istəməzsən deyirlər sənə.. Fikir vermə, balaca qız..
-Sən kimsən?
- Mən sənin adaşın.
Bu sözü deyəndə qadın xəfifcə gülümsədi. Xuramansa həmişəki kimi sualın cavabını özü tapmalı idi.
- Yaxşı, adaşım, de görüm, məndən nə istəyirsən?
- Dincəlməyini, gözəl qızım. Çox yorğunsan. Ehh.. Yalandan gülməyi də yığışdır.
Xuramansa susurdu. Bu yuxudan tez ayılmaq istəyirdi. Amma yox..
Qadın gülümsündü..
- Bu səninlə son görüşümdü..
-Niyə???
- Bir də görüşəcəyik. O da ki, nə vaxt nəfəs almaq istəməsən.
- Yaxşı, get. Tez get.. Tez..
Tez yuxudan ayıldı. Əsirdi.. Qurtar məni Allahım.. Bu necə bir kabusdu, deyirdi.
Yaxındakı insanlarsa elə hey ona "gic", "axmaq" kimi baxırdılar.
Amma heç vecinə deyildi.
* * *
-Ana, ana, nolub sənə?
- Mələyim...
-Anam.. Niyə beləsən özünə gəl..
Necə maraqla dəfn edirdilər. Cəh cəlalla..
"məzarədək bir yerdəyik" deyə söz verdiyi adama sadiq durmuşdu. Məzarədək onunla olmuşdu..
İndi isə düşünürdü ki, hardan tapsın o qadını?
Neçə illərdir ki, görmür onu..
Belindəəl hiss etdi...
- Balaca qız, xoş gəldin..
- Xoş gördük..
-Deyirdilər e. "Rəhmətlik nənən." Bax mən o qadınam.
- Xuraman...
-Hə, balaca qız.. Bu duyğunu ancaq "yaşamayan"lar bilir....
-Hansı duyğunu?
-Addımların sürətləndikcə nəfəsin daralır. Bu vaxt ölümlə həyat arasında seçim etmiş olursan.. Sənsə balaca qız, elə ilk gündən ölümü seçmisən.. Qarşına çıxan hər kəs səndən bir parça alıb gedir.. Sənsə məndən adımı aldın.. İndi isə yanımdasan.. Xuraman olma duyğusunun verdiyi iztirabın küncündə oturub dəfn mərasimini izləyirsən..