Ya Rəbb
Rufat Yaqubov tərəfindən "Şeir" bolməsinə 15:28 28 iyun 2016 tarixində əlavə olunmuşdur

Kəmalət səndədir ya Rəbb, təni-nöqsanı neylərsən?!
Hökumət səndədir ya Rəbb, bu şah-soltanı neylərsən ?!

Vücudi zərrə ya kulli, səni iqrar edir hər şey,
Şəhadət səndədir ya Rəbb, dəlil-burhanı neylərsən ?!

Mərizi-nəqsidir aləm, Həkimul-mütləq ol sənsən,
Şəfa'ət səndədir ya Rəbb, təbib-loğmanı neylərsən?!

Qəbahət əhlinə qıyma, qəbahətsiz fəqət sənsən,
Səxavət səndədir ya Rəbb, əbəd ehsanı neylərsən ?!

Qurubdur qazi bir divan, ədalətsiz verir fərman,
Ədalət səndədir ya Rəbb, o təxt- divanı neylərsən?!

Behişt sənlə qovuşmaqdır, cəhənnəm səndən ayrılmaq.
Səadət səndədir ya Rəbb, Nəim rizvanı neylersen ?!

Müzəkkir çəkdi misrayə sənin vəsfin lisaniylə,
Bəlağət səndədir ya Rəbb, şeir-dastanı neylərsən ?!

Məhdi Müzəkkir - Ya Rəbb 2016


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+14=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0206 saniye