Ya sağaldın,ya öldürün
Bəyaz Məmmədova tərəfindən "Digər yazılar" bolməsinə 00:04 12 may 2015 tarixində əlavə olunmuşdur

Səssizliyimi kiməsə verib qaçmaq istəyirəm. Qışqırmaq istəyirəm insanların məni duya bildiyi qədər. Bəlkə də duya bilmədiyi qədər. Dua edirəm gecə-gündüz. Tanrıdan yaxşı olanı istəyirəm. Ölüm olsa belə.Çətindi səni anlamayan insanların ətrafında kor kimi, kar kimi yaşamaq. Çətindir səni eşidə bilməyən bəlkə də eşitmək istəməyən insanlarla birlikdə eyni mahnını dinləmək. Mənə çətin gəlir artıq ancaq özünü sevən eqoist insanlar, sənin dərdini dinlərkən sənin sözünü yarıda qoyub öz problemlərini həll edən insanlar, bilə-bilə səni  incidən və bundan həzz alan insanlar.Mən anlaya bilmirəm artıq sevgisini bölə bilməyən insanları. Mən duya bilmirəm artıq ən zil səsli musiqini. Mən görə bilmirəm artıq gözəl mənzərələri. Mən dünyadakı ən gözəl hissi-sevgini hiss edə bilmirəm.Kilitlənmişəm bu həyata. Qaydalar, qanunlar, insanlar yıxdı mənim evimi.

Düzələcəkmi? Bu suala cavab vermək üçün qocalmalıyam. Çünki bu problemlərin indi düzələ biləcəyinə inanmıram. Mən hər gecə yatanda və hər səhər duranda yalnızlığa salam verən biriyəm. Məndən daha böyük məqsədlər gözləməyin. Məni bir az daha yalnızlığa itələməyin. Boğmağa, bu həyatdan bezdirməyə çalışmayın. Qısaca desək: Depresiyadayam! Əl çəkin! Ən azından depresiyamı yaşayacaq qədər azadlığa haqqım var. Buna haqqım olduğunu düşünürəm. Kaş edə biləcəyim nəsə olsa amma ağlamaqdan başqa, gecələri yatmamaqdan başqa çarəm yoxdu.

Bəzən düşünürəm duaları əskik etdim deyə gəldi başıma bunlar. Özümü bir anlıq tərk etdim. Başqalarına həsr etdim özümü. İnanın mənə özüm özümün yadıma belə düşmədim. Buna görə oldu bütün bu uğursuzluqlar. İçimdəki uşaq öldü.Çox qocaldım artıq. Ya sağaldın, ya da ödürün.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+30=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
beyaz.queen@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0277 saniye