Yad Adamlara
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 08:22 30 iyun 2015 tarixində əlavə olunmuşdur

Telefon rəhbərindəki adamlar kimiyəm
Lazım olaram deyə ürəyin bir kənarına qeyd oluram.
Balaca daxmaları isidən od-alov kimi
Qışdan qeyri fəsillərə yad oluram.
Düşüncəmdə azadlığım məskun deyə
Şərqdən ötrü tərbiyəsiz qərb oluram.
Yoldakı ləmpə kimi gecə yada düşürəm.
Ona görə gündüzlərdə qaranlığa qərq oluram.
Burda durub yada düşməyi gözləməkdən
Ağzı açıq şərab kimi qeyb oluram.
Bir də doğmaları yığıram telofandan yadıma.
Onda da doğmadan çox yada düşməkdən yoruluram.
Mənlikdəki ağırlığın çəkisi qədər sən olsam da
Sənlərdən bezib sonda yenə mən oluram.
Pərdə çəkmək pəncərəmə səbəb deyil korluğuma
Mən gedişlərə göz yummaq üçün kor oluram.
O oluram,bu oluram.
Amma bir adam da çıxıb mən olmur ki
Bu zibilliyin arasından ona qaçıb
Deyim ki xoşbəxt oluram!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+27=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
aminmehdi01@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0273 saniye