Yataqdan mәktublar
Khayyam Muhammad tərəfindən "Şeir" bolməsinə 01:48 21 aprel 2014 tarixində əlavə olunmuşdur

Elә düşüncәlәr yataqdan boylanır vәrәqlәrә,
Fәrqli sevgilәrә yataqdan mәktublar göndәrirәm sevgilәrlә.
Alçaq tavanlı bozarmış otaqa,
Paçtalyon yorulub qonaq gәlmәkdәn.
Yaman tәnbәl olmuşam bu günlәrdә,
Yarıyuxulu,rütubәt qoxan otaqda,
Günәş işıqsız,aysız ,fәsilsiz
Mәnә hәr gün payızdı nәdәnsә.
Tәbiәtdәn yaz bir az sevgili!

Sevgilәri bir vәrdişlәrә dәyişә bildim
Birdә yarımçıq uyuşmaz şeirlәrimә.
Yetim uşaqın valideyn hәsrәtinә düşüb qalıb mәktublarım.
Otaqım ünvansızlaşıb.
Bakının külәklәri düşmәn olub pencәrәlәrimә.
Hәr gün yeni körpәlәr boğulur mürәkkәblәrә.
Sәnin uğursuzluqun mәni dә qorxaq edib.
Vә ciyәrlәrimdәn әskik olmuyan bu öskürәklәr.
Sakitliyimә qarışır,yorur sevgili!

Bir az uzaqlardan rahat yuxulardan,baharlardan yaz.
Bu saat qurşağı 9 iqlimi 1 edib nәdәnsә.
Doğmaları unutmuşam bu otaqda
Bir ana sevgisi örtür üstümü,
Bir sәnin yazdıqın "necәsәn?" mәktubları.
Qaçmaq buralardan geriyә
qoyduğun qadınların lәnәti, nifrәti,әlvidaları ilә
Bu soyuq parçalar arasından.
Yorğanımın üstündәki şeirlәri bir görsәn sevgili!

Tanrının lәnәti qәdәr әzab verir bu yalnızlıq.
Nәfәslәrimi boğazıma dolayıb yaşamaq,nәdir ki,
Yetәr ki, sәn yaz mәnә sevgili
Cavablar yazacam sәnә yataqdan mәktublarla.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+31=
Hesaba giriş
Müəllif

Khayyam Muhammad
Haqqında
sadəcə  bekar  insanam  hərdən  bekarliq  şeir olur dunyani  firladan
Əlaqə
E-mail:
alone_inworld@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0235 saniye