Yaxşı insan olmaq nə deməkdir?
Əli Əhmədov tərəfindən "İnşa" bolməsinə 18:05 14 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Mən yaxşıyam deyən bir kimsə, bu sözüylə yaxşı olmadığını etitaf etmiş olar.

"Mənim çox səhvlərim, nöqsanlarım, qüsurlarım, günahlarım, pisliklərim vardır" demək yaxşı olmağa doğru bir addım atmaqdır.

Yaxşı bir insan bir birliyə, bir camaata, məsələn içində on min adam olan bir məscidə girsə, özünü oradakı insanların rütbə etibarilə ən sonuncusu, ən alçağı olaraq görməlidir.

Yaxşı insan pisliyi yaxşılıqla uzaqlaşdırmağa, aradan qaldırmağa çalışar. Pisliyə pislik ilə qarşılıq vermək, yaxşı insanın işi və qazancı deyildir.

Fani dünyaya və ondakı faniliklərə istiqamətli kimsə yaxşı ola bilməz.

Yaxşı insan, yaxşılıqların edilməsi, pisliklərin aradan qaldırılması üçün çalışar, hərəkət planında bir şey edə bilməzsə, ürəyində bunun niyyətinə sahib olar. 

Yaxşı insan cəsarət və şücaət sahibidir. Qorxaq, zəlil, adam yaxşı deyil.

Yaxşı adam zalımları,qafilləri, münafiqləri tərifləməz, onlarayağçılıq etməz. Belə şeylər yaxşıların deyil, pislərin sifətləridir.

Yaxşı kimsə qətiliklə haram yeməz, quru çörəyə razı olar, harama əl uzatmaz. Haram olduğu qəti şəkildə bilinən şeylərdən başqa, şübhəli şeylərdən də uzaq dayanar.

Yaxşı insan mütləq şəkildə doğru və dürüstdür. Özündə əyrilik olan kimsə necə yaxşı ola bilər?

İnsanlar hüquq qarşısında, insan olmaq baxımından bərabərdirlər amma, yaxşılarla pislər qətiliklə bərabər deyil. 

Bir ölkənin təhsili, yaxşı insanlar, yaxşı vətəndaşlar, yaxşı komandirlər, yaxşı məmurlar, yaxşı qonşular, yaxşı müdirlər, yaxşı işlçıləri, yaxşı ailə rəisləri, yaxşı övladlar yetişdirməyə istiqamətli deyilsə o ölkə batmağa məhkumdur.

Əxlaq, fəzilət, davranış, ədəb baxımından gözəl olmayan insanlar yaxşı deyil.

Üzsüz, ürək qıran, könül yıxan insanlar yaxşı görünsələr belə yaxşı deyildirlər.

Yaxşı insan zəngin də olsa qənaətli və iqtisadlı yaşar; israfdan, pozğunluqdan, lüksdən, həddindən artıq istehlakdan, həddindən artıq rahatlıqdan, nümayişdən uzaq dayanar. Bunları edənlər pis insanlardır.

Yaxşı insan gündə beş vaxt namazını qılsa başqa, müəyyən vaxtlarda qırx rükət nafilə namaz qılsa, yenə də öyünməz, yenə də qürurlanıb qürurlanmaz.

Yaxşı insan öz ayıb, nöqsan, günah və üsyanlarına baxmaqdan başqalarınınkını görə bilməz.

Hirsinə hakim ola bilməyən kimsə yaxşı bir insan deyil.

Pulu, maddəni, dünyanı sevmək yaxşılığın deyil, pisliyin əlamətləridir.

Yaxşı insanda mənlik olmaz. Yaxşı insan, olamasa belə, heç olmağı istəyən, heç olmaq üçün
çalışan kimsədir.

İnsanların yaxşı dediyi nə qədər kimsə gerçəkdə yaxşı deyil; pis dediyi bəzi kəslər də yaxşıdır. Yaxşılıq və ya pislik insanların kefinə, rəyinə,qısa ağıllarına qalmış bir şey deyil. Universal və transandantal ölçüləri vardır.

Yaxşı insanlar bilinməyən xəzinələrdir.

Yaxşılıq edilməyə layiq olmayan kəslərə, yaxşılıq edərkən diqqətli olun, çünki onlar özlərinə yaxşılıq edənlərə pislik edərlər. Belə kəslərə yaxşılıq edəcəksinizsə, o yaxşılığın sizdən gəldiyini bildirməyəcək şəkildə qurun.

Yaxşı insan, var oluşunu ən böyük günah olaraq qəbul edər və görər.

Yaxşı insan dünyada bir yolçu kimi yaşar. Doğular, bir az səyahət edər və sonra ölüm qapısından başqa bir aləmə keçər. Dünyaya paya çaxmaq istəyənlər yaxşı insan deyildirlər.


... dəfə oxunub
Qiymət: 8/10(15 səs)
[qiymət ver ]
Şərh yaz
4+14=
Hesaba giriş
Müəllif

Əli Əhmədov
Haqqında
Gününü internet yazılar oxumağa həsr edən birisi...
Əlaqə
E-mail:
ahmed_ahmed_88@rambler.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0264 saniye