Yazışma
Rzayev Kamran tərəfindən "Hekayə" bolməsinə 22:06 17 dekabr 2014 tarixində əlavə olunmuşdur

Saat 15:00. Günün ən pis vaxtı. Daxmanı açır və səliqə ilə düzdüyü əşyaların arasından ona lazım olanı götürür. Daxmanı sakitcə bağlayır…
Hadisdən 17 gün əvvəl. İşə hazırlaşır. Həmişəki kimi, tələsmir. Metroya minir, həmişə olduğu kimi, 7ci vaqona əyləşir. Gözü oturacağın kənarındakı kağız parçasına sataşır. İlk öncə tərəddüd edir, lakin sonra kağızı ordan çıxardır və açıb oxuyur, məktubda - “Salam” . Simasında ona yad olan bir gülümsəmə peyda olur. Cibindən qələmi götürür və həmişə ona xass olan bir səliqəliklə “salam” sözünü yazaraq, həmin yerə tıxır.
Hadisədən 16 gün əvvəl. Kağız parçasını ağlından çıxarda bilmir. Metroya minir və kağızı tıxdığı yerdən götürür. məktubda: “Necəsiniz?” kəlməsi ilə qarşılaşır. Həmişə olduğu kimi güvənsiz baxışlarla yan-yörəsinə baxır.
“Yaxşıyam, siz necəsiniz?” deyə cavab yazaraq, məktubu yerinə qoyur.
Hadisədən 15 gün əvvəl. Səhərin açılmasını və tez işə getməyini daha doğrusu metroya minməyini səbirsizliklə gözləyir. Artıq məktubda şəxsi suallarala qarşılaşır və demək olar ki eyni sualları da ona ünvanlayaraq məktubu yerinə qoyur. Və beləliklə o hətta başına gələn gündəlik hadisələri belə onunla bölüşür. 
Hadisədən 8 gün əvvəl. Öz müdirindən ona şikayətlənir. Əvəzində isə səbirli və işinə sevgi ilə yanaşmalı olmalı olduğu cavabını alır.
Hadisədən 5 gün əvvəl. Ətrafında olan hər kəsdən şikayətləndiyini. Hətta yemək istədiyində ona sürtünən pişiyinin belə ondan istifadə etdiyini, düşündüyünü bildirir məktubda.
Hadisədən 2 gün əvvəl. Gülərüz bir sima ilə məktuba cavab yazarkən- metroda həmişə onunla işə bir gedən ortayaşlı bir kişi ona yaxınlaşır və soruşur:
Olar sizə bir sual verim?
Narahat olduğunu bildirərcəsinə, yavaş və stabil bir ton ilə
Buyrun.
Mən demək olar ki həmişə sizinlə bir gedirəm. Lakin son zamanlarda siz nə isə yazırsınız və oturacağın kənarına yerləşdirirsiniz.
Hə, nə olsun ki?
Qayıdarkən isə həmin yazdığınız məktuba cavab yazırsınız. Bunu nə üçün edirsiniz?
Xeyir, siz yanılırsnız... Axı..
Hadisədən bir gün əvvəl. İşə getmir. Metroya minmir. 
Hadisənin baş verdiyi gün. Saat 15:07 . Artıq 10 ilə yaxındır ki tənha qaldığı otaqda- Hər şey səliqə və səhmanla düzülüb. Birdən ağlına məktub yazmaq düşür, amma “kimə?” . fikrindən daşınır... Ayaqlarının altına stol qoyur və daxmadan götürdüyü ipi tavandan asır...


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+21=
Hesaba giriş
Müəllif

Rzayev Kamran
Əlaqə
Tel.:
055 555 55 69
E-mail:
rzayev.kamran@hotmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0274 saniye