Yol
Khayyam Muhammad tərəfindən "Şeir" bolməsinə 01:01 30 aprel 2014 tarixində əlavə olunmuşdur

Bütün yollar Romaya aparırdı amma,
Biz hәlә dә bu şәhәrin küçәlәrindә heykәlik.
Şeir yazdığım gecәlәri aydınladan günәşin
lәnәtinә boyanır getdiyimiz yollar.
Qaçırıq,
Sürünürük,
Ölürük,
Dirilirik,
Heçnә Bilmirik.
Bu qәdәr sadә ikәn hәyat formulu
Nәfәs almağı formallığa çevirmişik.
İnsanlığı kәnara qoyub tәkamüldә qalmışıq.
Biz hәlә dә bir varlığ olmamışıq.
Bütün yollar Romaya aparırdı
Amma
Biz Cәnnәtlә cәhәnnәm arasında görüşdük ata.
Sәn yoxsul vә aclıqdan mәn yalnızlıqdan dar
ağacımdan
Bir dә şeir dolu kitablarımdan azadlıqdan danışdım.
İnqilab yollarımız cәhrayı olsun
ata!
Sәnsizliyin 20 illiyinә yaxınlaşarkәn,
Şeirlәrim yolsuzluqdan yorulub qafiyәsizlәşәrkәn,
Mәn öz bәdәn yollarımda dәrviş olmuşam.
Mәnә azadlığa gedәn yolu göstәr ata!
İtmişәm bu monarxiya vәd verәn şәhәrin küçәlәrin
dә.
Misralarla körpülәr qurduğum Ütopyada
Saatların geriyiliyi gәlәcәyimi qaralayır
mürәkkәbsiz.
Qarla bәyazlaşan bu yollarda şeirlәrimlә izlәr
qoyuram.
Sәnә doğru gәlә bilmirәm heç.
Bütün yollar hey Romaya aparır nәdәnsә.
Yorulmuşam.
Bezmişәm.
Gәl sәn Gәl ata!


... dəfə oxunub
Qiymət: 6/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+26=
Hesaba giriş
Müəllif

Khayyam Muhammad
Haqqında
sadəcə  bekar  insanam  hərdən  bekarliq  şeir olur dunyani  firladan
Əlaqə
E-mail:
alone_inworld@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0319 saniye