Xərçəng yoluxucu deyil adam
Qorxma...ölməzsən.
Odur ki.yaxın gəl
Öpüm səni.
Qorxma...sevgilin görməz bizi sarılanda
Yanlış anlamaz.
Odur ki,çəkinmə yaxın gəl qucaqlayacam səni.
Bir neçə gün qonaq qalacam hələ
Sizin bu süni dəyərlərlə bəzədilmişdi dünyanızda.
Elə mən də çoxdan ölmək istəyirdim
Sən gedən gün fikirlərim qəti idi.
Mənə cəsur deyirdiniz
Qorxaqdan başqa heç nə olmadığımı anladığım gün.
Əlim getmirdi ülgücə nə də yüksəklikdən atılmağa.
Hekayənin sonu maraqlı idi.
Mənim üçün fərqi qalmamışdı ağ-qaranın
Gecələr də gündüzlər də eyni idi.
Bir az sən qatırdım hər şeyə
Onda təzədən gülürdüm “həyat gözəldi” deyirdim hərkəsə.
Bilirsən,mən başqaları kimi sənin boğazınnnan tutub üzmədim
O şablon sualları verə də bilmədim.
Dost qalmaq da müşkül işə çevrilmişdi.
Tikanlı sözlərin,acı dilin,ox kimi adamı yarıb keçən atmacaların...
Mənə kədər gətirmişdin...
Ancaq o da xoş idi.
Sən “nəyəsə görə sevilənlər”dən yox
“hər şeyə rəğmən sevilənlər”dən idin.
Aradan illər keçib çox şeyi açıb-ağartmaq da olmur axı...
Bilirsən,xərçəng olduğumu bildiyim gün nə qədər sevindiyimi?!
Məni də belə şeylər sevindirə bilərdi ancaq.
Xərçəngdən də sən etibarlı çıxdın yenə.
Bir an olsun nə ruhumu,nə ağlımı tərk etmədin.
Sənin dilindən özümə “sevirəm”lər deyirdim keçən gecə
Düşünürdüm dəli olmuşam.
Səni də çox yormaq istəmirəm
Bir böyük “sən” aparıram özümlə
Yuxularında gördüyün yerlərə...