Səni unutmaq üçün nələr etmişəm.Çox əzablara, acılara dözmüşəm.Hər dəfə yadıma düşəndə hisslərimdən, öz-özümdən qaçmışam.Adının çıkildiyi hər yerdən uzaqlaşmışam.Məni sənə gətirən yollardan birdəfəlik qayıtmışam.Tam deyirdim ki, səni unutmuşam.Amma yenə sən, yenə sən hər şeyi məhv eylədin.Bugün yuxumda mənə sən sevirəm söylədin.Həyatda bir dəfə də bunu səndən eşitmədimEşitmək də istəmədim.Bir dəfə də olsa gözlərimə baxmadın Əllərimi tutmadın.İndi yuxularımda əllərimi tutursan.Gözlərimə baxaraq sevirəm söyləyirsən.Axı sən neyləyirsən?Görmək istəmirəmHəyatda da, yuxumda da səni görmək istəmirəm.Səni sevmək istəmirəm.Mən unutmaq istəyirəm.Sənə aid hər bir şeyi silib atmaq istəyirəm.Boğuluram sözlərim düyümlənir boğazımda.Qışa dönüb ilk baharım da, yazım da.Sən nə zaman bezəcəksən?Nə vaxtacan üzəcəksən ürəyimi?Puç etmisən hər arzumu, diləyimi.Həyatda bezmədin əzab verməkdən.İndi yuxularda əzab verirsən.Bir anlıq görünürsən sonra çıxıb gedirsən.Həyatda sevməmisən yuxularda sevmə məni.Tanrım mənə kömək olsun tezliklə unudum səni.Onsuz da peşmanam sevgimə görə.Sən də mənə əzab vermə nə olar.Səndən bircə xahişim var son dəfə.Yuxumda da məni sevmə...nə olar!