Siz heç çox sevdiyiniz birini itirmisiniz? Onun birdə həyatınızda olmayacağını hiss etmək, onunla hər gün getdiyiniz yolu tək getməyin nə demək olduğunu bilirsiniz? Qaranlıqda tək oturduğun halda onu görmək, onunla danışmağın necə bir şey olduğunu? Qəlbinizdəki onun yeri artıq boş kimi bir şey, beyninizdəki onla bağlı bütün xəyalların heç vaxt gerçək olmayacağını bilmək...Çox qəribə haldır. Saatlarla danışdığın insanı, bütün dərdlərini, sirlərini bölüşdüyün bir insanı itirmək. Böyük bir şəhərdə, yox ölkədə daha doğrusu dünyada tək qalmağın nə demək olduğunu bilirsiniz? Bütün günü beynində kaş zamanı geri çəkə bilsəm, kaş onunla daha çox vaxt keçirsəm deyə minlərcə fikirlər. Bir söz var “zaman hər şeyi unutdurur” hər kəs sözləşib əzbərləmiş kimi eyni şeyi təkrar edər.. əslində zaman hər şeyi unutdurmur sadəcə zaman öyrəşdirir artıq. Yoxsa kim bir zamanlar həyatının çox keçirdiyi bir insanı unudarki?