Hədəflərə doğru addım addım ( I hissə)
Xuraman tərəfindən "Digər yazılar" bolməsinə 15:10 07 mart 2014 tarixində əlavə olunmuşdur

Salam.

Necəsiniz? Mart ayında yağışlar da başladı. Pəncərələrdə mələklər rəqs edir. Kiminin pəncərəsi çirkli olur amma.
Bizim paytaxt da küləklər şəhəri titulunu qazanıb. Kələklər şəhəri olsa daha məntiqli olardı oysa ki.
Bu ölkədə, bu şəhərdə yağış yağdımı, insanlar lənət oxuyurlar. 200 manatlıq ayaqqabıları yarandıqları torpağın günahlarının yuyulmasına şahid olur.
 Necə qəribədi, hə?
 Biz də torpağıq.. Biz günaha batanda palçıq oluruq. Torpaqsa günahları təmizlənəndə palçığa dönür və yapışır insanların əlil qalmış ayaqlarına.
 Başları hara apardısa ayaqları da ora gedir. Yəni, heç yerə getmir.

Nə vaxt ki, yağış yağır, bu şəhərin adı üstündə glamour şahzadələri başlayırlar bədduaya. Yağışı pisləməyə başlayırlar. Yağış yağmasa, gün çıxsa..
Flan flan flan...

Heç görməyiblər ki, yağışdan sonra göy qurşağı çıxıb. Əşi.. hardan görəcəklər ki?
 "Novostroykalar"dan imkan var?

Bu lənətləmək prosedurunu bir müddət kənara qoyub düşünün.
 Göydən nə yağarsa yağsın şükür etmək lazımdı, buna yağış da daxil.


İlk öncə sizlə primitiv bir salam verdim. Sonra primitat qalmış şəxslərə eyni ampulada göründüklərini bəyan etdim. İndi güllələyə bilərsiniz.

Burdakı əsas mövzu nədir?
Bilirəm, çox maraqlıdı sizinçün. Görəsən, Xuraman yenə nə düşünüb gəlib? Yenə zəhərləməyə mi başlayacaq, yoxsa bir az da güldürəcək mi?


İndi sizə suallar verəcəm. Və bu yazını oxuyan hər bir oxucudan son dərəcə xahiş edirəm ki, özünün cavablandıra biləcəyi 2 sualı şərh bölməsinə yazsın. Və cavablandırsın. Ərinməyin... Bir dəfə də edin bunu. 2-3 nəfər yox ha. Oxuyan hər kəs. Yaxşı yaxşı... Əksəriyyət. Yəni düşünə bilənlər.


Suallarımı verəcəm. Bu prosedur 3 bölmədən ibarət olacaq. Hər 3 gündən bir bu sorğu sualı keçirəcəm. Və son nəticəni sizə bildirəcəm. Suallarım belədi : 


I. İnsan psixologiyasında səni yanıladan nə olub?

II. Məktəblərdə əlavə hansı dərs keçilsə, həm tələbələrdə həvəs yaranar müəyyən bir işə qarşı, həm də bir xeyir dəymiş olar bu xalqa?

III. Millətinçün edə biləcəyin 3 fədakarlıq.
 Qeyd: "Canımı verərəm" tipli inşa cümələri işlətməyək.

IV. Düşün ki, Somalidəsən ya da Suriyada. O anki vəziyyəti mənə anlat.

V. Siqaret mi, qadın mı? Yoxsa şeir?
 Qeyd: Tam səmimi olaq. Çünki gənclərin bu üçündən nəyə daha çox həvəs göstərdiklərini yaxşı bilirəm. Sadəcə səmimi cavab verin.

VI. Uğur nədi? 



VII. 8 mart kimi günləri necə qarşılayırsınız? Yəni, Klara Setkin düz edib?


VIII. III Dünya Müharibəsinə neçə dəqiqə qalıb? 



Burdakı 8 sualdan 2 sini yazıb, cavab verməyinizi xahiş edirəm. İradlarınızı, tənqidlərinizi, məsləhətlərinizi sosial şəbəkələrdəki ünvanlarıma göndərə bilərsiniz.


İnsanlara AZADLIQ!
Millətlərə İSTİQLAL!


Cavab verən, oxuyan hər kəsə minnətdaram!


Müəllif :  Xuraman
 



© Bermud Production

Yazılanlardan müəllif məsulliyyət daşıyır.


... dəfə oxunub
Qiymət: 10/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
6+14=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0266 saniye