Məhv olan ömür
Gulara Salımova tərəfindən "Esse" bolməsinə 14:12 08 fevral 2016 tarixində əlavə olunmuşdur

- Dekabrın amansız soyuq küləyi onun yenicə ağarmağa başlamış saçlarını üzünə dağıdır, işini görməyə mane olurdu. "Çörək ağacı"ndan möhkəmcə yapışmış, buzun üzərindəki zir-zibilləri ehmalca bir yerə toplayırdı. Ayağındakı ayaqqabı, nazik paltosu yeni olsa da, şaxtanın malı deyildi. Elə uzaqdan tamaşa edirdim. Yaxınlaşmaq istəyir, lakin cəsarət tapa bilmirdim. Birdən elə o özü məni gördü. Gülümsədi... Yarı ümid, yarı qüssə qarışıq bir ifadə üzündə məskunlaşmışdı. Mənə doğru yaxınlaşsa da, heç nə demədi. Gülümsəyirdi... Əslində, mən onu tanıyırdım. Otuz səkkiz yaşı var idi və dörd il əvvəl ərini itirib, iki övladı ilə dul qalmışdı. Bir neçə yerdə xadimə işləyirdi ki, uşaqlarına bir tikə çörək apara bilsin. Qaynatası, qaynanası da onunla birgə yaşayırdı. Bildiyim qədərilə savadsız biri də deyildi. Lakin niyə oxumamışdı ki?! Mən belə qadınlar çox görmüşdüm halbuki. Baxırsan, siyasətdən başı çıxır, mədəniyyətə dair cüzi də olsa, biliyi var, bir neçə roman oxuyub, di gəl ki, belə... Gör, oxusa, nə olardı... Sonralar mənə məlum oldu ki, orta məktəbi bitirən kimi sənədlərini ali təhsil müəssisələrindən birinə verib, özü də qəbul olubmuş. Atası qızının təhsil almasına etirazını bildirməsə də, özünnən iki yaş böyük qardaşı buna etiraz edir. Deyir ki, "Bacım paytaxta gedib oxuyacaqsa, onda gərək, mən ölüm. İnsanların üzünə nə cür baxaram? Nə oxumağıdı?!" İndi məni bir şey maraqlandırırdı. Həmin o qardaş, görəsən, indi neyniyir? Bacısı onun–bunun ayağının altını süpürəndə, özündən mənəviyyatca çox-çox aşağı insanların evini silib-təmizləyəndə ölmür?!


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+1=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0231 saniye