Mən, küçələrin,insanların intiharıyam..
Mən,misralarında asılı qalmış günahkar,
Mən, göz yaşlarında intihar edən şeir..
Qədəhlərində öldüyüm insanlar..
Öyrəşirəm içimdə susduğum kimliklərə,
Boşaldıram ruhumu yastıqlara.
Edama dönmüşəm,
Bir yaşlı uşağın göz yaşına dönmüşəm,
Səsə dönmüşəm,
Səsləri dadmağı öyrənmişəm..
İki misra "intiharla" dərdləşməyi..
Boş verməyi öyrənmişəm,
Sizin o dediyiniz ulu babalardan..
Tikanlar çıxarmağı öyrəmişəm,
Sizin o gül bağçalarından..
Kiçilməyi öyrənmişəm,
Sizin cımbızla seçdiyiniz acılardan..
Susmağı öyrənmişəm,
Ağzı bağlanan qapılardan..
Aç qapını..
Mən gəlmişəm..
İçində yas quranların padişahı..
Aç qapını,mən gəlmişəm..
Dodaqlarında iki kəlmə gülüş intizarı..