Merlin
Gulara Salımova tərəfindən "Hekayə" bolməsinə 12:09 09 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Peşəsi psixiatr olan Merlin bazar ertəsindən etibarən yeni iş yeri olan “SHP Schizophrenic Hospital Center N15” -ə getmək üçün səbirsizlənirdi.Londona gəldiyi 3-cü həftə idi.Müvəqqəti olaraq ona oteldə sığınacaq vermişdilər.Saat 9u göstərəndə qapı döyüldü.Bu onun üçün xüsusi olaraq ayrılmış avtomobilin sürücüsü idi.O özünü təqdim etdi.Merlin :- “Cənab Uatson cəmi on dəqiqəyə kimi gəlirəm.”

-Oldu madam.

9:30 da onlar Merlinin iş yeri olan hospitala çatdılar.Xəstəxanadan gələn B vitaminin ətri onun ürəyini bulandırır,həyəcanlandırırdı.(bu hamıda belədir).Baş həkim onu tibbi personalla tanış elədi.Elə ilk gündən o həvəslə işinə başladı.Orada olan xəstələrin adları,yaşları,hərşeylə birbəbir məhz özü maraqlandı.Bəzən gecələr otelə getmir,elə xəstələrinin yanındaca qalır,onları müşahidə edirdi.

    Dumanlı,yağışlı oktyabr səhərlərindən birində yenə işə tələsirdi.Xəstəxananın qapısında heç də xoş olmayan hadisə ilə qarşılaşdı.27 yaşlı Cekin nəşini ekspertiza üçün morqa aparırdılar.Görünür,o normadan artıq yüksək dozalı sinir həblərindən qəbul etmişdi.Merlin çox məyus oldu.Onun rastlaşdığı ilk ölüm hadisəsi idi.

   Xəstəxananın daimi sakinlərindən birinə çevrilmişdi madam Kerri Şaulder.78 yaşına elə bu yaxınlarda qədəm qoymuşdu.Bu şirin,ahıl qoca necə deyərlər...Merlinə bağlanmışdı .

-“ Kerri nənə!”deyərək o şadyanalıqda qışqırdı.”Budur qəhvənizi gətirmişəm.Bu gün özünüzü necə hiss edirsiniz?”

-Ah!Kristin,əzizim səni görən insan necə pis ola bilər axı?!

-Madam Kerri! Kristin yooox! Merlin ...Merliiin.Mənim adım Merlindir.-dedi mehribanlıqla və gülümsündü.Madam Kerri keçmişi çox gözəl xatırlasa da yaxın keçmişi yada salmaqda çətinlik çəkirdi.İki gün sonra nəvələri gələcək və onu evə aparacaqlar.Lakin Merlin çox gözəl bilir ki,o yenə qayıdacaq...

   Otağında onu əslən Avstraliyadan olan və bura –Londona təhsil almaq üçün gələn Silviya gözləyirdi.Merlin onu ölümün pəncəsindən xilas etmişdi.

- Silviya? Bu sənsən?Əzizim...səni burada görmək necə deyərlər elə də xoş olmadı.Mən elə bilirdim ki,siz tamamilə sağalmışsınız,yolunuz buraya düşməz.

- Doktor madam Merlin...mən artıq öz ölkəmə qayıdıram.Sizinlə son dəfə görüşmək üçün hüzurunuzdayam.Sizə bir daha minnətdarlığımı bildirirəm.

- Buyurun,Silviya əzizim,sağalmağınız mənim üçün böyük xoşbəxtçilikdir.

Silviya həqiqətən Merlinə “borclu idi”.Çünki əvvəlki,əsəbi,hər an cinayət törədə biləcək bir qız gedib,əvəzinə bir çoxlarına nümunə olacaq qadın gəlmişdi...

    Növbəti pasient 84 yaşlı bir cənab idi.Nurani qoca Merlinlə çox yaxşı yola gedirdi.Demək olar ki,tamam kimsəsiz idi.Övladlarını təyyarə qəzasında itirmişdi.Nəvələrindən isə çoxdandır ki,xəbər almırdı.Cənab Arturun əsəbi-psixoloji problemləri yerli-dibli yox idi.Və buraya gətirilməsi təsadüfə söykənirdi.Merlin,digər pasientlərinə necə yanaşırdısa,cənab Artura da həmin ehtiram,nəzakət hissilə yanaşır,xüsusi mərhəmət göstərirdi.Bəzi hallarda onlara sakitləşdirici simfonik melodiyalar dinlətdirər,kitab oxuyardı.Şəxsi həyata gəldikdə isə o artıq otel otağında qalmaqdan həddən artıq sıxılmışdı.Ailəsi üçün darıxdığı aydın məsələ idi.

   Noyabrın 5i saat 16:oo radələrində cənab Artur keçindi.10 gün sonra məlum oldu ki,Artur yaşadığı evin sənədlərini Merlinin öhdəliyinə keçirib.Merlin bilmirdi sevinsin yoxsa...Həm də həmin evdə yaşamağa cəsarət etmirdi,qorxurdu.Bir tərəfdən də qaldığı otelin pulunu iş yeri yox,özü ödəməyə başlamışdı.Bu isə onun vəziyyətini ağırlaşdırırdı.

Günlərin bir günü xəstəxanada qəribə bir hadisə baş verdi.Həmin gecə növbətçi idi Merlin.Girişi qadağan olan və Merlinə “zirzəmi” olduğu haqda danışılan otaqdan hıçqırıq,inilti gəlirdi.İki gün sonra həmin hadisə yenə təkrarlandı.Düşündü...yəqin onu qara basırdı.

Noyabrın 28i səhər işə gələndə səs-küy gələn otağın işıqlarının ani olaraq yanıb-söndüyünü gördü.Təşviş içində idi.Həyəcanlanırdı.Patientlərindən olan 2ci kurs tələbəsi qaradərili Riki Escobarın səsi onu sanki dərin yuxudan ayıltdı,elə bil üzünə soyuq su çiləndi.Onlar iş otağına keçdilər.Merlinin fikirləri çox dağınıq idi.Elə bu səbəbdən növbəti seansı keçmədən üzrxahlıqla Rikini yola saldı.

 

Dekabrın ikisi,şaxtalı qış gecəsi ...Qar ara vermədən ələnirdi.Yenə həmin gecə növbətçi idi.Onun yanında xəstələrə nəzarət etmək üçün 2 tibb bacısı bir də  sanitar vardı.Bu dəfə səs-küy yox idi,sakitçilik bürümüşdü hər yanı.Saat 4ə 20 dəqiqə qalırdı.Həmin otağa tərəf getdi.Digər otaqlardan nimdaş divar və rəngi soyulmuş qapısı ilə fəqlənirdi bu otaq həm də.Qulaqlarını qapıya tərəf apardı.Çox dərindən gəlirdi bu səs.Sanki dərin bir quyunun dibindən.Qapını açmağa cəhd etdi.Öz-özünə “Sən qorxaqsan Merlin!Qorxaaaaq!”deyə pıçıldadı.Geri çəkildi.Səhərin açılmasını və bunları baş həkimə danışmağı qərara aldı.

   Hava artıq işıqlaşırdı.Yaxınlıqdakı kilsənin səsi eşidilməkdə idi.Bir neçə saat sonra baş həkim gəldi və keçdi öz otağına.Merlin vaxt itirmədən baş həkimlə görüşdü.Hadisəni qısa şəkildə nəql etdi.Həkim cavabında : “Merlin,biz bu haqda sizə danışacaqdıq lakin məqam olmadı.Həmin otaqda 2 il bundan əvvəl xəstəxanamıza gətirilən adı,milliyəti,peşəsi məlum olmayan təqribən 30 yaşlarında olan bir kişidir.Kliniki ölüm keçirib.Beyin ölümü reallaşıb.Biz onu konkret şəkildə nə morqa yerləşdirə bilmirik,nə də evtanaziya tətbiq edə bilmirik.Bu səbəbə...Sizin dediyiniz isə əsassızdır.Nəinki səs ,kirpiklərini belə tərpədə bilmir haqqında danışdığınız şəxs.”

- Dediyiniz odur ki,mən dəli olmuşam? !!

- Səsinizi yüksəltməyin Merlin.Bu ki,sizə yaraşmır.

- Mən sakitəm professor.Xahişim odur ki,otağın açılmasını lazimi şəsxlərə tapşırasınız.Xəstə isə mənim öhdəliyimdə olacaq.

- Bu təhlükəli addımdır Merlin...

- Nə?

- Sizin “zavallı xəstəniz” 6 ay əvvəl  bir neçə tibb bacısına xəsarət yetirib.

- Deməli özündə olmayıb.

- Məsələ də elə burasındadır madam Merlin.

-Mən çalışacam ki,onu özünə gətirim professor...məsulliyyəti öz üzərimə götürürəm əgər səhv olan nəyəsə yol versəm ...

- Həə nədi ərizənizi yazıb istefa etmək? Belə asandı yəni?

- Professor...

- Oldu Merlin mən sözümü dedim.

 

...Və 3 gün sonra möhürlü otaq açıldı.Üzünü,gözlərini aydın seçmək olmurdu.Saç-saqqal basmışdı.30-33 yaş vermək olardı.Merlin plyonka əlcəklərini taxıb,xəstəyə yaxınlaşdı,əllərini alnında gəzdirdi.Qımıldanmadıda.Göz bəbəklərinin göz qapaqlarının altından hərəkət etdiyini müşahidə etdi,üstəlik kirpikləri də tərpənirdi.Baş həkim tərəfə çevrilib :” Gördünüz professor?! “dedi.Sanitarlardan xəstəni yuyundurmağı qəti şəkildə tələb etdi.Bir neçə saat sonra xəstə  artıq oyanmışdı.Key nəzərlərlə tavana zilləmişdi  gözlərini.Merlin ehtiyatla ona yaxınlaşdı,gülümsədi.Adını soruşdu.Susurdu,cavab vermədi.Barmaqlarına toxundu.Xəstə əllərini geri çəkdi.Yenə əvvəlki kimi əllərini alnına,saçlarına toxundurdu.Təkrar adını,haradan gəldiyini.kim olduğunu soruşdu.Xəstə qışqırmağa başladı.Tibb bacısı onu iynə vuraraq sakitləşdirdi.Beləliklə bir neçə saatlığına yuxuya getdi.Merlin gecələri xəstəxanada keçirirdi.

    Dekabrın 12si səhər-Merlin xəstəyə baş çəkdi.Oyanmışdı.Lakin bu dəfə baxışlarında nəsə bir məna vardı.Merlin ona “Leo” deyərək müraciət edəcəkdi.Çox götür-qoydan sonra özü bu adı seçmişdi.

- Leo...sən şam ağacı görmüsən?

- ...

- Qarşıdan Yeni il gəlir.Mənimlə birgə ağacı bəzəməyə kömək edə bilərsən?

-....

-Hmm.Deməli belə susursan.

Leonun(xəstə) üzündə sanki gülmək üçün bütün gücünü sərf edir,ancaq gülə bilmirmiş kimi bir ifadə vardı.Yuxu və sinir həbləri onda taqət qoymamışdı.Bu dəfə çox sakit idi.Əllərini,barmaqlarını hərəkət etdirir,danışmağa cəhd edirdi.Bu onda alınmırdı lakin...cəhd edirdi Merlin ona hər an az qalsın təbliğ edirdi ki,əsas cəhd etməkdi,bacarmaq sonrakı məsələdir.Günorta ona toyuq şorbası ,axşamlar isə süd içirdərd.Bu anda başqa pasientlər ilk dəfə Merlindən narazı qalırdılar ki,buna da səbəb Leo idi.Heç kimin bacara bilmədiyini bacarmışdı.O olmasaydı Leo möhürlü otaqda ölümə tərk olunmuşdu.

Merlinin başqa pasientləri kimi artıq əvvəlki Leodan əsər-əlamət qalmamışdı.Artıq qışqırmır,hərəkətlərinə diqqət edir,nisbətən özünü əla almağa qadir olmuşdu.

Hər şey dəyişmişdi.Pis olan nə varsa hər şey.Balaca qızcığaz bunu bacarmışdı.Dəyişməyən təkcə Merlin və onun mehribançılığı,gülüşləri,şəfqəti idi.

Leo adını verdiyi patienti onu ilk baxışdan tanımasa da sonralar buna tam əmin olmuşdu ki,belə bir insan Merlindən başqa biri ola bilməz.Merlinin tək problemi də insanların sifətlərini yaxşı yadda saxlaya bilməməsi idi.Necə ki,on il əvvəlki Leonu unutmuş,üstəlik ona yad bir ad da vermişdi...Necə ki,on il əvvəl də bütün sevgisini Leoya vermişdi.Əlindən sevməkdən başqa heç nə gələ bilmədiyi vaxtlar idi o vaxt.Leo isə ona heç fikir də vermirdi.

Yeni ili ona cənab Artur tərəfindən bağışlanılmış evdə qeyd etməli oldu.Hospitalda çalışdığı isə hələ dörd ay idi ancaq indidən ona başqa hospitallardan iş təklifləri gəlir,ən ağır xəstələrə həkim kimi onu təyin edirdilər.

Merlin öz arzularına çatmış,bir çox şeyi gec də olsa isbat edə bilmişdi.Və beləcə dumanlı albiyon Merlini “günəşli” günlərinə qovuşdurmuşdu.


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+27=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0296 saniye