Hə Tanri parçalarindan biri üsyandadi
Bilmirdinmi parçan bir gün şair olacaq
Kökündən çixan budaq gövdəsin tanimiyacaq
Bir sükutsan sən nə anlamaq olur səni nə dinləmək
Bəlkə bir xəyalsan ötüb keçəcəksən bir ömürə
Tanri bağirtilarim cənnət qapilarini titrədər
Sən ancaq qəbul edərsən dualari xərac kimi
Tanri parçan günahkarsa günah səndə deyilmi????
De mənə bunlari bilirdinmi???
Daşa daş atan müsəlmanlariqsa biz
Səni bütlərə dəyişdilərsə günah kimdədi????
Səssizliyindən uzaqlaşir insan səndən
Yorğun dualarimi qəbul et qapindadi
Heç bu gündə şükür etmədik ki, sənə
Parçan əllərində param parça olursa
Günah məndəmi???
Hə Tanri de mənə bunlari bilirdinmi????
Sənlə sənsizlik arasinda uçurumdan səcdələr belə doldurmursa boşluqlari
Mənı bir az nəfəs ver ciyərlərim çox üşüyür
Mənə bir az Tanriliq ver yorulmuşam insanliqdan
Günahlarimi yaz bir dəftərə şeir olar onlarda bəlkə
Parçavi yanina götür sevmədim bu ruhu
Seç ən gözəl əzablarivi gəlmişəm bu gün hüzüruna
Gəl Tanri yorulmuşam bu parçadan