Uşaqlar bizim "gələcəyimiz"dir!
Xuraman tərəfindən "Digər yazılar" bolməsinə 00:20 02 fevral 2014 tarixində əlavə olunmuşdur

Küçədə gəzərkən eşitmisiz heç..?

- Allah rızası üçün yardım edin.. Balalarınızın canı.. 20 qəpik çörək pulu... Qıldığınız namaz qəbul olar inşallah..

Və s..
 
Mütləq eşitmisiniz. Bunları deyənləri də tanıyırsınız.. "dilənçilər"

Bezmisiz hə əllərindən? Yazıqlar..
Belə də şey olar?

Metroynan gedə bilmir e camaat.. Glamour əskilərinə birdən ac ahı dəyər..

Ax bu dilənçilər .. Soyun kəsmək lazımdı, hə? Harda gördüz, güllələyin.. Yaxşı?
Sizə açdıqları əllərini bağlıyın..

- Başqa qapıya..


İndi gəlin bu mövzunu bir az açaq..


Dilənçilər bir neçə cür olurlar..

Biri var.. Qaraçıdır, amma ki, dilənçilik edir..
Gülməlidi, hə?
Gəlin gülək..

Bir şey deyim sizə ..
Qaraçıların ərazidən başqa hər şeyləri var..
Mədəniyyət, iqtisadiyyat,dil..
Bir xalq kimi formlaşa biliblər az da olsa..
Amma gəl sən indi, bunun Azərbaycan hissəsinə..
Yazıqlar bekarçılıqdan bilmirlər neynəsinlər?

- aaa dostlar, gəlin dilənək.. maraqlıdı hə? Görək kim daha vicdanlıdır..
Baxn haa.. Əzbərlədiz də sözləri hə?

Belə belə işlər..

BU belə..


İndi gəlin o biri pəncərədən baxaq..


Əynində cırıq bir paltar, ayaqları yalın bir qız .. Üzü, əlləri, bədəni palçıq içindədi. Yaxınlaşır..
- Bacı, həyat qəribədi e..
 Deyirlər e, uşaqlar bizim gələcəyimizdi.. Mən kimin gələcəyiyəm axı?
 Narahat olma.. Sən də heç kimin gələcəyi deyilsən.. Belə geyinməklə olmur e bu..

O xanım 1000 manatlıq iquana dərili çantasına baxdı.. Və dərindən ahh çəkdi..
 - sən də istəyrsən hə, belə dar şalvar? Belə çanta?  Can bala can..
- Yox, bacı.. Sənin ruhun da elədir.. "şalvarın kimi dar"..

İndi o glamourka intihar etməsin neynəsin?
Gülməlidi hə?
Onda gülək..

Ayy.. Nə böyük səhv...
Mersi.. Xanım bağışdayın..
Axı onun çantası 2000 manat idi..
Axı bu təhqirdi..

Nə isə..

İndi biz hansı uşağın gələcəyindən danışaq hə?
Atasının min zəhmətlə qazandığı çörəyə tüpürən, yoxsa heç ata üzü görməyən?
Biz hansı uşaqdan danışaq hə?


9 yaşında zorlanan uşaqdan?
Hamilə qalan uşaqdan?
Pozğundu hə o?

Tüpürərəm sizin bir çömçəlik ağlınıza..

Uşaq evindən oğurlanıb, dilənçiləyə məcbur edilən uşaqlar harda qaldı?
Neçə fahişəyə, əxlaqsıza, harama, halala əl açan o körpələrin nə günahı var hə?

Yoxsa alınlarına elə yazılıb..???

Neçə uşaq görmüşəm..
Maşınları yuyur, salfetka satır.. Öz "ağa"larına yarana bilmək üçün..

A kişi, mən sizə kinoda gördüklərimi danışmiram ee.. İnanmırsız inanmıyın..

Siz onsuz o Guccidən ayrısına inanırsız ki?

Hə bir də...
Versace yeni model paltarlarını satışa verib.. Deyirəm, bəlkə oxuyan artdı.. Yoxsa hardadır bu mənasız söz yığınını oxuyan hə?

Heç olmasa bir dəfə çıxın o əskilərin içindən.. Çıxın gerçək dünyaya qarşı.. Masabaşından dünyanı idarə etməklə heç nə olmur, canım gözüm..

Gərək stola yapışan hər bir şeyi qaldırıb baxasınız əsl həyata..

İndi deyim ki, niyə mövzunun əvvəlində məhz dilənçi sentimentallığı elədim..

- Heç olmasa Allah rızası üçün əlinizi cibinizə soxun, görün nə qədər vicdan qalıb? Mənə lazımdı e..
 Azca e..
 Azca kömək, yemək, geyim, bir xoş münasibət bəsdir o körpələrə..

Axı..
"UŞAQLAR BİZİM "GƏLƏCƏYİMİZDİR!""


... dəfə oxunub
Qiymət: 9/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
5+28=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0384 saniye