Vüsal Məmmədzadə
"Gələcəyin qurbanı" Bəzən elə olur ki, başqaları sənin həyatını idarə edirlər.Buna imkan vermək olmaz. Mübarizədə uduzursansa, filmi bitirməlisən... - Bu gün Müqəddəs Sirius yeni ilin gəlişini xəbər verəcək. Sabah isə sənin üçün adi bir gün olacaq. Meşəyə gedəcəksən. Tayfa üçün odun gətirəcəksən.- Gələcəyim haqqında məlumat verdiyiniz üçün, çox sağ olun, Ulu Kahin.   ardı...
Mehman Məmmədov
"Üzərlik" Dünyada bir ailə. Kədərlərinə son qoyub yeni həyata və xoşbəxtliklərə addım atan insanlar. Qismətləri və talelərilə barışanlar, ümid işıqlarını heç zaman söndürməyən qəlblər. Nəfəs alır, yaşayırlar. Daha bir bədbəxtlik.... ardı...
Vüsal Məmmədzadə
"Şeyx Nəsrullah və Zirəli Sədrəddin" Şeyx Nəsrullahı, yəqin ki, tanıdınız. Bu həmin Şeyx Nəsrullahdır ki, Cəlil Məmmədquluzadə onu öz əsərində təsvir etmişdi. Cəlil Məmmədquluzadə onunla bərabər Kefli İsgəndəri və başqa bir neçə nəfəri də təsvir etmişdi. Dahi sənətkarın yaratdığı bu qəhrəmanlardan ikisi - Şeyx Nəsrullah və Kefli İsgəndər hələ də yaşayır. Deyilənə görə, onların yaşı artıq yüzü haqlayıb. Hazırda onlar Bakıda, daha dəqiq desək, Bakının Zirə kəndində yaşayırlar. ardı...
Vüsal Məmmədzadə
"Pir və ya qurumuş palıd ağacı" Bir kənd var idi. Ucqar kənd idi bu kənd. Əhalisi də az idi. Kənd elə bir yerdə yerləşirdi ki, kənar adamların yolu təsadüf hallarda buradan düşürdü. Kənd əhalisi əkinçilik və maldarlıqla başını saxlayırdı. Oxumuş insana da rast gəlmək mümkün deyildi. Çünki bu kənddə məktəb yox idi. Hamı savadsız idi. ardı...
Mehman Məmmədov
"Salam" Bizim kənddə bir Hacı yaşayayırdı və bu Hacı digər hacılardan fərqlənirdi. Elələri var ki, hacılıq adını alıb öz məqsədlərinə görə istifadə edirlər. Yəni onlar bu adı aldıqdan sonra cəmiyyətdə böyük nüfuz qazandıqlarını zənn edib avamları və onlara inanaları aldatmağa və "atanşiklik" etməyə başlayırlar. Bu zavalılar da nə peyğəmbərimizin hədislərini bilir, nə həyatından xəbərləri var nə də Quran oxuyub. Onlar da ağızların acıb yalandan hacı adını alan bu ikiüzlülüərə baxır və onlar nə deyirsə inanır. ardı...
Vüsal Məmmədzadə
"Aldanmış kəvakib" Bəziləri deyirlər "ulduz falına, qoroskopa zada inanma". Necə inanmayım? İndiyə kimi bütün uğurlarımın səbəbi məhz elə qoroskopdur, ulduz falıdır. Düzdür, o qədər də böyük uğurum olmayıb indiyə kimi. Ancaq həyatımı mənasız da yaşamamışam. Hər halda 22 yaşındayam və 20 yaşımdan etibarən hər tezdən ulduz falını oxuyub, ona əsasən işlərimi müəyyənləşdirirəm. ardı...
yeni yazilar | kohne yazilar
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0194 saniye