Yazar.in saytında müəlliflik edib yazılarınızı paylaşırsınız? Ancaq bəzi yazılarınızın oxunma sayı sizi qane etmir? Düşünürük ki, indi bildirəcəyimiz məsləhətlər sizin fəaliyyətinizə müsbət təsir göstərəcək.
Əvvəlcə onu qeyd edək ki, yazıların oxunmasında tətbiq etdiyimiz sistem real oxunma sayının müəyyən edilməsinə hesablanıb. Belə ki, 1 yazı üçün 1 brauzerdən istənilən sayda giriş cəmi 1 hesablanır. Yəni, sizin yazınızda 35 oxunma sayı varsa, deməli, yazınıza 35 müxtəlif brauzerdən baxılıb. Səhifənin istənilən sayda yenilənməsi oxunma sayına təsir etmir. Bu, həm də, müəlliflərin reytinqində daha ədalətli nəticələrin olmasına şərait yaradır.
Necə edim ki, yazılarımı daha çox insan görsün?
Daimi oxucuları başqa hansı yollarla qazana bilərəm?
Özümü saytın daimi üzvlərinə necə tanıda bilərəm?
Orden əldə etmək üçün nələr etməliyəm?
Profilimin tam hazırlanmasının əhəmiyyəti nədir?
Yerləşdirdiyim yazının məzmunu ilə bağlı şikayət alsam, nə etməliyəm?
Saytda müəllif hüququ pozulmuş və ya Yazar.in Əsasnaməsinə zidd yazı gördükdə nə etməliyəm?