Tamella Abdıyeva
"İyirmi ildən sonra" O.Henri
Gecə növbəsində olan polis fikirli halda küçə boyunca yuxarı addımlayırdı. Yox, bu dalğınlıq heç də göstəriş xatirinə deyildi, çünki ətrafda demək olar heç kəs yox idi. Saat təxminən axşam on olardı və külək sanki yağış həsrəti ilə alışıb yanaraq qəzəblə boş küçələrdə vıyıldayırdı.
ardı...
Tamella Abdıyeva
"Yuxu" V.S.Mugham
İş elə gətirdi ki, 1917 – ci ilin avqust ayında məni təzə iş yerimdən Nyu Yorkdan Petroqrada göndərdilər. Və ən əsası, təhlükəsizliyim üçün Vladivostok yolu ilə səyahət etmək tapşırıldı.
ardı...
Tamella Abdıyeva
"Bir saatın hekayəsi" Keyt Şopin
Xanım Mallardın ürək ağrısından əziyyət çəkdiyini uzun zaman idi ki, bilirdik. Buna görə də , əlimizdən gələni edirdik ki, həyat yoldaşının ölüm xəbərini ona mümkün qədər daha yumşaq şəkildə çatdıraq.Onun bacısı Josefin qırıq cümlələrlə olanları nağıl etdi; bütün məsələ aydın oldu .
ardı...
Peykər İbrahimova
Nöqtə
Sərginin ən çox səs-küyə səbəb olan əsəri karandaşla cızma qara edilmiş, vərəqin tutduğu böyüklükdə bir qəlb rəsmi və onun içindəki xüsusi nəzərə çarpdırılmış nöqtə idi.Özünü incəsənətdən başı çıxan kimi göstərənlərdən tutmuş,incəsənətdən
həqiqətən başı çıxanlara qədər hamı gözlərini rəsmə zilləmişdi.Elə ki gözləri rəsmin
adına sataşırdı lap qarışırdı düşüncələri.
ardı...
Tamella Abdıyeva
"Körpüdəki qoca" Ernest Heminqvey
Yolun kənarında gözündə polad çənbərli eynəyi olan təpədən dırnağacan toz-torpağa batmış bir qoca oturmuşdu. Burada, çayın üzərində isə araba, yük maşınları ilə bərabər, ayaqyalın insanların- qoca, qadın, uşaqların da keçməsi üçün üzən körpü qurulmuşdu. Əsgərlərin əziyyətlə təkərlərin qulplarından yapışıb itələməsi hesabına eşşək arabaları çətinliklə də olsa dik sahillərdə səndələyirdi.
ardı...
Tamella Abdıyeva
"Qısa hekayə" Ernest Heminqvey
Paduada isti bir yay axşamı idi. Nəhayət ki, buradakı adamların köməyi ilə dama çıxan yaralı əsgər yüksəklikdən şəhərə tamaşa edərək təmiz havanı ciyərlərinə çəkdi. Səmada sərçələr hay-küylə uçuşur, sanki oynaşırdılar. Ancaq, bir az keçmiş hava qaralmağa başladı və bununla da projektorlar işə düşdü.
ardı...
yeni yazilar | kohne yazilar
Hesaba giriş
YouTube-da izlə
Facebook