Terane Anka
Mail qutusu
Ucqar kəndlərdən birində Xasay adlı bir kəndli yaşayırdı. Ömrünu kənd həyatına bağlayan bu kişinin İnqilab adlı oğlu vardı. İnqilab böyüyüb boya –başa çatır qərara gəlir ki, artıq kənddən çıxıb “inqilab” etmək vaxtıdı. İnqilab “inqilabı” fikirləşərək qərara gəlir ki, şəhərə gəlsin və burda işləsin. Qoyun-quzuya baxmaqdansa, əkin əkib becərməkdənsə bazarda mer –meyvə satmaq daha yaxşıdı. Ən əsası şəhərdə yaşayacaqdı.
ardı...

Firuzə Çiçək

"Xəyanət qoxusu" (parca) müəllif: Firuzə Çiçək
Başı bərk
ağrayırdı. Beynində nəsə uğultu var idi. Elə bil zavodda düz mühərrikin yanında
dayanmışdı. Alnını ovuşdurub, gözlərini açdı. Maşında idi. Ona nə olmuşdu? Hər
şeyi xatırlamağa başladı. Hə, fizika hazırlığında idi. Birdən tanımadığı, ümumiyyətlə
heç üzlərini görə bilmədiyi kimlərsə gəldi. Rauf müəllim yaman narahat oldu.
Sonra ona çölə çıxmamağı tapşırıb, özü getdi. Əvvəl səs-səmir gəlmədi. Amma qəfil
bir mərəkə qopdu, gəl görəsən. Silah səsləri, qışqırtı. Sonra, sonra?... Rauf
müəllim içəri gəldi. Əlində də nəsə vardı. Amma qorxudan, həyəcandan nə
olduğunu heç anlaya bilmədi. Hə, sonra da huşunu itirdi deyəsən. Amma ömründə
huşunu itirməyib. Həm də nə qədər həyəcanlı olsa da, özündən getmək həddində
deyildi. Bəlkə də özündən xəbəri olmayıb, necə huşunu itirdiyini heç hiss etməyib?!
Çünki Rauf müəllim onu sillələdi, özünə
gəl dedi, çiynindən tutub silkələdi. Hə, hə... Belə də olub yəqin. Vay, nə pis
olub. Onda bəs indi haradadı? Kimsə onu maşının arxa oturacağında uzandırmışdı.
ardı...
Vüsal Məmmədzadə
"Qəsəbə"
MARAQLI VƏ HƏYƏCANVERİCİ BİR ŞEY YAZMAQ İSTƏDİM, BELƏ BİR ŞEY ALINDI ..:) Otağımın qapısı qəflətən möhkəm çırpıldı. Səsə
oyandım. Redaktor Əkbər müəllim idi:
ardı...
Səbinə Həmzəyeva
Unudulmayan sevgi
Kimisə gözləyirmiş kimi heç vaxt gözlərini yoldan çəkməzdi.Səhər açılar-açılmaz yenə həmin yolun kənarında dizlərini qucaqlamış vəziyyətdə oturardı.Dinməz,danışmaz,bir kimsəylə kəlmə kəsməz,
ardı...
yeni yazilar | kohne yazilar
Hesaba giriş
YouTube-da izlə
Facebook