Gizlində çatmağın arzuların tükənməz,
Nə çəkmisən , dərdini çəkməyən axı bilməz,
Necə oxşasın səni söz ilə Seymur Sönməz,
Qəlbimi kül eylədi səni yandıran odun,
Baxtsız qadın!
ardı...
Seymur deyir, zülmətdə heç nur saçmaqmı olar,
Bəxtin bağlı qapısın dartıb açmaqmı olar?
Bu alın yazısıymış, ondan qaçmaqmı olar,
Səndən sonra sevmədim heç kəsi sənin qədər!
ardı...
Günlər tez ötüb keçir,həyat keçir aramca,
Dar gəlir sənsiz həyat,dar gəlir həyat baca.
Seymuru yadına sal,insafın olsun azca,
Dərmanım vüsalındır,həsrətin qalıb bircə,
Darıxmışam sənincün,həmdə bilirs
ardı...
Seymurun gözündə qalan xatirə,
Tək könül sirdaşı olan xatirə,
Həsrətəm müqəddəs olan ətirə,
Gəlim qucağına baş qoyum ,ana!
Çal həzin laylanı,uyuyum ana!
ardı...
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm
Düşünməki hər, baxışı görüb onu sevəsiyəm
Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm
Adətim bu, hər yetənə könül verməm…!
Hər yetəndən, könül almam ,
Neyləyim ki , məndə buyam.