Nuranə Rəhimova
“Atmaq sindromu”...
Bu ifadə yəqin ki, təkcə Azərbaycanda mövcuddur. Oğurluq ağır ittiham olduğuna görə onu qəbul etmək çətindir. Vicdan rahat olsun deyə yanıldıcı “Atmaq” ifadəsi köməyə gəlir.
ardı...
Təbriz İslam
Dünyanın daha iki gözü var
Salam, qədim və haqqsevər bir xalqın mövhumat həvəskərı olan kələkbaz düşməni, düşünməki illər ötdükcə sənin törətdiyin ağlasığmaz cinayətlər yaddaşlardan silinir. Yox, onlar göz önündən belə getməyiblər. Zənn etmə ki çörəyini yeyib qanını içdiyin xalqın başına gətirdiyin fəlakətlərə görə sənin yoluna arzusunda olduğun güllər səpiləcək. Yox, sənin yoluna səpiləcək o güllər, törətdiyin əməllərdən utanaraq, çoxdan solub.
ardı...
Vüsal Məmmədzadə
"Qloballaşan dünyada enerji problemi"
Yerdə həyat üçün lazım olan hər şey Yaradan tərəfindən
incə dəqiqliklə yaradılıb. Bizi kosmosun zərərli təsirlərindən müdafiə edən
atmosfer, bir-biri ilə balanslaşdırılmış əlaqədə olan kimyəvi elementlər, həyat
verən yağış və s. Bunlarla yanaşı həyatın
mövcudluğu üçün lazım olan başqa bir məvhum da var – enerji.
ardı...
Bəhram Həsənov
"Yerlə göyün arasında..."
Nyutona
görə insanın yerdən ayrıla bilməməsinin səbəbi qravitasiya qüvvəsidir..
qısası öz çəkisidir... onu yerə çəkir... Nyutondan sonra Enşteyn isə
belə hesab edirdi ki, insanın yerə bağlı olmasının əsas səbəbi ona hava
tərəfində təsir edən qüvvədir... yəni kənar qüvvələr olmasa insan uça
bilər... yerdə gəzmək kimi bir məcburiyyəti qalmaz... Azad olar və
istədiyi istiqamətdə hərəkət edər...
ardı...
Günel Qasımova
"Ölmüş həyat eşqi"
Sual verə bilərsiniz ki, niyə məhz ölmüş həyat eşqi? Ona görə ki, mənim və mənim kimilərinin həyatı dünyaya gəldiyimiz andan ölüb. Daha doğrusu ata-anamızın ( onlar kimilərinə ata- ana demək olarsa təbii ki) bizi atdığı gündən ölüb.
ardı...
Günel Qasımova
"Səkilər"
Yol boyu uzanan səkilər... Səkilər deyiləndə təsəvvürümdə yolun kənarındakı ağ - qara daşlar canlanır. O daşlar mənə çox doğmadır. Heyif ki, o daşlara indi çox nadir hallarda rast gəlirəm.Həmin daşlar mənə uşaqlığımı xatırladır.
ardı...
Vüsal Musayev
"Allah düşüncəsi"
Bütün çirkinliklərini qaranlığa bürünərək gizlədən şəhər. Buranın gözəlliyindən çox danışılsa da məncə burda qeyri-adi heç nə yoxdu.bakı küləyinin qorxudaraq binaların küncünə yığdığı toz dənəciyi və birdə xaricdən gözəl görünən əslindəysə daxillərində qəribə eybəcərlikləri ilə seçilən insanları. Burda nə intibah gözəllikləri qalıb, nə əd o gözəllikləri yaradan əllər.
ardı...
Mehman Məmmədov
"Payız gəlir"
Allahın yaratdığı varlıqlardan biri də fəsildi. Bu dördlük onlara verilmiş ixtiyarlara uyğun yer üzündə dolaşırlar. Bunların da ən ali məqsədi insanlara xidmət etməkdir. Hər fəsil müxtəlif vaxtda, müxtəlif yerdə hakim olur. Səbəb isə onlara Yaradan tərəfindən heç bir istək qoyulmamasıdır. Onların ən əsas sevidyi an insanların arzuladığı vaxtı yaratmaqdır. Fəsilə aşiq olanlar deyər: "qış gəlir", "yaz gəlir", "yay gəlir", "payız gəlir".
ardı...
Nuranə Novruzova
"Dünyaya baxacam və güləcəm"
Dünyaya aynadan baxacam və güləcəm!Amma ilk olaraq aynadakı əksimə baxacam və güləcəm. Özümü çox ciddiyə almaq qədər gülünc bir şeyin olmadığını görəcəm. Ruhumun mənə qurduğu tələyə heç vaxt düşməyəcəyəm. Yaradılışın böyük möcüzəsi olsam belə zamanın sovurduğu fırtınanın axınına düşən qum dənəsi kimiyəm.
ardı...
yeni yazilar | kohne yazilar
Hesaba giriş
YouTube-da izlə
Facebook