Yazar.in
Umberto Eko "Naməlum O" Görkəmli italyan yazıçısı Umberto Eko semiotika və mədəniyət tarixi ilə bağlı qiymətli tədqiqat əsərlərinin, postmodernizmlə bağlı məşhur məqalələrin, “Qızılgülün adı”, “Fukonun yayı”, “Ərəfə” romanlarının müəllifidir. O, dünyanın bir çox məşhur elm və təhsil ocaqlarının fəxri doktoru, nüfuzlu ədəbi ödüllərin sahibidir, əsərləri dünyanın əksər dillərinə tərcümə edilib. Bu gün sizə Kənan Hacının tərcüməsində yazıçının “Naməlum O” hekayəsini təqdim edirik. ardı...
Yazar.in
Salman Rüşdü: “Biz anormal dünyada yaşayırıq” “Bəzən roman yazmaq bir uşağı böyütməkdən, tərbiyə verməkdən daha çətin olur” 65 yaşlı məşhur və qalmaqallı yazıçı Salman Rüşdidən sitatları oxucularımıza təqdim edirik. ardı...
Yazar.in
Qabriel Qarsia Markez "Məhəbbət əvəzinə ölüm labüdlüyü" Senator Onesimo Sançes həyatının qadınına rast gələndə ölümünə altı ay on bir gün qalmışdı. O həmin qadını Vitse-krallığın Qızılgül Bağında, ikiüzlü Yanusa bənzər kənddə görmüşdü: gecələr bu kənd uzaqdan üzüb gələn qaçaqmalçı gəmilərə sığınacaq verən limanıydı, gündüzlər isə səhrayabənzər dənizin sahilindəki düzənliyin qütbləri bilinməyən, heç nəyə yaramayan bir guşəsi kimi görünürdü. ardı...
Yazar.in
Mario Varqas Lyosa: “Atam kitaba, mən atama nifrət edirdim” “İnsan haqlarının pozulduğu ölkədə yaşayırsızsa, yazıçı kimi nəsə etməlisiz” 2010-ci ildə ədəbiyyat üzrə Nobel mükafatçısı, Perulu Mario Varqas Lyosa dünya ədəbiyyatının canlı klassikidir. O, “Şəhər və itlər”, “Yaşıl ev” “Pantaleon və qonaqlar”, “Xuliya xala və cızma-qaraçı”, “Maytanın tarixi” və başqa romanların müəllifidir. O, bu günlərdə verdiyi müsahibəsində atası ilə çətin münasibətlərindən, siyasətdən və yeni romanı “Keltin yuxusu”ndan danışıb. Roman XIX və XX əsərlərdə yaşamış real insan irland Rocer Casementin Afrikada diplomatik xidməti zamanı müstəmləkə siyasətinə qarşı mübarizəsindən bəhs edir. ardı...
Yazar.in
Şirli Cekson "Lotereya" ABŞ yazıçısı Şirli Ceksonun bu hekayəsi 1948-ci ildə məşhur “Paris review” ədəbi jurnalında çap olunandan sonra səs-küyə səbəb olmuşdu. Bəzi amerikalı oxucular jurnalın abunəsindən imtina etmiş və müəllif yüzlərlə qəzəb dolu məktub almışdı. Oxucuları hekayədəki “aşırı qəddarlıq” qəzəbləndirmişdi. Amma bir çox tənqidçilər hekayənin - tarixi inkişafa baxmayaraq insanların barbarlıq dövründə olduğutək yenə də bir-birilərinə qənim kəsilməkdə davam etdiyini, cəmiyyətdə mövcud olan ikiüzlü əxlaqı ustalıqla ifşa etdiyi qənaətinə gəlmişdilər. ardı...
Yazar.in
Cek London "İmperator üçün burun" Koreya dövlətinin çiçəkləndiyi bir dövrdə, orda hökm sürən firavanlıq və sakitliyə görə haqqına qədim “Çosen” (“Səhər sükutunun ölkəsi” – Koreyanın adlarından biri – red.) adıyla çağrıla biləcəyi zamanda İ Tsin Xo adlı bir hökumət xadimi yaşayırdı. O, yetərincə bacarıqlıydı, bəlkə də ağlı və fərasətiylə xarici siyasətçilərdən geri qalmırdı. ardı...
Yazar.in
Orxan Fikrətoğlu: “Həm xalq şairi olmaq istəyirik, həm də dissident” Orxan Fikrətoğlunu “Zorxana” verilişindən tanımayan adam tanımıram. Amma onu nasir kimi özüm üçün kəşf etməyim yaxın vaxtlarda olub. Onun ədəbi mühitdə belə az tanınan “Vaxt” kitabı son illərdə Azərbaycan nəsrində hadisədir. “Vaxt” kitabında onlarla şedevrlər var. ardı...
Yazar.in
Orhan Pamuk: “Son 10 ildə Türkiyə romançılığında boşboğazlıq artıb” Nobel mükafatlı türk yazıçısı Orxan Pamukun əvvəlcə ingiliscə nəşr olunan son “Saf və düşüncəli romançı” kitabı Türkiyədə bu günlərdə işıq üzü görüb. Yeni romanda Ayişə və Zeynəb adlı iki xəyali qəhrəman yaradan Orxan Pamuk fransız yazıçısı Marsel Prustun “İtmiş zamanın izində” kitabından bəhs edir. ardı...
Yazar.in
Umberto Eko: “Kitabxanamda əsasən saxta kitablardır” İtalyan intellektuallarının aparıcı fiqurlarından biri, filosof, yazıçı Umberto Ekonun ötən il sonuncu romanı "Praqadakı məzarlıq" çap edildi. XIX əsrdə baş verən mühüm siyasi hadisələrin, sui-qəsdlərin naməlum tərəflərini açıqlayan əsərin baş qəhrəmanı Simonini müxtəlif kəşfiyyat orqanları üçün gah yəhudiləri, gah yezuitləri nüfuzdan salan saxta sənədlər düzəldir. ardı...
Yazar.in
Qabriel Garsia Marquez: "Günə bir cümlə yazıram" "Senyor, mənim adım Qabriel Qarsia Markesdi. Təəssüflər olsun ki, lakin bu müxtəlif adlar yığını heç mənim də ürəyimcə deyil və onu çətinliklə özümə aid edirəm. Mən Kolumbiyanın Arakataka şəhərciyində 51 il bundan əvvəl dünyaya gəlmişəm və hələ ki, buna peşman deyiləm. Mən Balıq bürcü altında doğulmuşam, arvadımın adı isə Mersedesdi. İndiyədək sağ qaldığım və yazdığım üçün mən ilk növbədə bu iki mühüm fakta borcluyam. ardı...
yeni yazilar | kohne yazilar
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0224 saniye