Başı bərk
ağrayırdı. Beynində nəsə uğultu var idi. Elə bil zavodda düz mühərrikin yanında
dayanmışdı. Alnını ovuşdurub, gözlərini açdı. Maşında idi. Ona nə olmuşdu? Hər
şeyi xatırlamağa başladı. Hə, fizika hazırlığında idi. Birdən tanımadığı, ümumiyyətlə
heç üzlərini görə bilmədiyi kimlərsə gəldi. Rauf müəllim yaman narahat oldu.
Sonra ona çölə çıxmamağı tapşırıb, özü getdi. Əvvəl səs-səmir gəlmədi. Amma qəfil
bir mərəkə qopdu, gəl görəsən. Silah səsləri, qışqırtı. Sonra, sonra?... Rauf
müəllim içəri gəldi. Əlində də nəsə vardı. Amma qorxudan, həyəcandan nə
olduğunu heç anlaya bilmədi. Hə, sonra da huşunu itirdi deyəsən. Amma ömründə
huşunu itirməyib. Həm də nə qədər həyəcanlı olsa da, özündən getmək həddində
deyildi. Bəlkə də özündən xəbəri olmayıb, necə huşunu itirdiyini heç hiss etməyib?!
Çünki Rauf müəllim onu sillələdi, özünə
gəl dedi, çiynindən tutub silkələdi. Hə, hə... Belə də olub yəqin. Vay, nə pis
olub. Onda bəs indi haradadı? Kimsə onu maşının arxa oturacağında uzandırmışdı.
ardı...
- Cənab Ozava, siz heç dalaşanda kimisə vurmaq məcburiyyətində qalmısınız?
O, sanki qarşısında gözqamaşdırıcı obyekt görəntək, gözlərini qıyıb mənə baxdı:
- Bu, sizi niyə maraqlandırır?
Özünəxas olmayan baxışlarında qığılcımlar canlanmağa başladı və elə bir göz qırpımındaca yoxa çıxdı; dərhal üzünün adi, soyuqqanlı ifadəsi özünə qayıtdı.
ardı...
MARAQLI VƏ HƏYƏCANVERİCİ BİR ŞEY YAZMAQ İSTƏDİM, BELƏ BİR ŞEY ALINDI ..:) Otağımın qapısı qəflətən möhkəm çırpıldı. Səsə
oyandım. Redaktor Əkbər müəllim idi:
ardı...
- Nə uzun cümlədir?- Hələ bu harasıdır ki, elə cümlələr var ki, buralarda.- Gülməlidir, əvvəlcə fikir verməmişdim, qrammatik səhvlər də var.- Zarafat edirsən, bunu bura yazan hansısa normanı fikirləşəcək səncə?
ardı...