Peykər İbrahimova
...Tanışlıq...
Olar?!İcazə olar
yazıım!?Yox!Çərənləyim...Bir yağış buludu qədər doludur söz buludum.Artıq
sözlərim də donub.Bilmirəm.Bəlkə üzü qışa gedir deyə...Yox axı!mən
Dünyamın 97 %-i buzlarla ötülüdür.Kaş qlobal istiləşmə mənim dünyamı da yadına
salaydı..
ardı...
Bəhram Həsənov
ölümə tələsənlər
…tələsrik... səhərdən axşama qədər... bəzən də elə axşamdan səhərə... Problemlərimiz olanda axşama tələsirik, iş bitsin, ya tək ya da dostlarla bir az vaxt keçirim başım qarışsın... Bəlkə problemləri də keçirdiyim o vaxt həll etsin... zaman hər şeyi dərmanıdı deyirlər axı...
ardı...
Bəhram Həsənov
dünyanın axırı...
Baş götürüb qaçmaq istəyirsən... dünyanın lap axırına... bitdiyi yerə... orda ki insanlar dünyanın kənarından yıxılıb ölürlər... orda yaşamaq... orda yaşlanmaq... bütün kürrə formasında olan dünyanı dolanııb sonunda hamı ora gələcək... Hamını görəcəksən..
ardı...
Aynur Qəniyeva
Dərd poliqonu
Bu həyatı başdan çevirib, yenidən-yenidən
oxuyur kimiyəm. Həyatıma yeni olanlarla gələn günlər, təkliyimin içərisində gizlətdiyim tənhalığımdan
uzanan əllərə verilmiş, ümüd kimidir. Hərdən ömrümdən dəqiqələri qovur, gözümün
qarası ilə divarda asılmış saatın əqrəblərini dartar kimi çəkib gətirirəm
növbəti rəqəmin üzərinə. Bu anlarda yaşamağı- yaşamağa məcbur olduğumu ürəyimin
və ağlımın ən məhrəm duyğuları ilə
anlayıram. Bu vəziyyətimi dəyişə bilməməyin acizliyini yaşayıram. Beynimin içi
dərdlərin paliqonuna bənzəyir. Ətraf səs-küylüdür, tanımadığım və tanıdığım
insanlar çoxdur. Susuram, dərdlərimi beynimin bir küncündən o birisinə qovuram.
Beləcə, dərd qaçdı-qovdusunda ürəyimi bürüyən əzab duyğusunu yox etməyə
çalışıram. Məni tanıyanlar yanımda olanda susqunluğumdan qulaqlarının batdığını
deyirlər. Nə olsun? Bu məni narahat
etmir kim nə deyir desin. Hər insanın özünün, öz dünyası, həyatı, sevinci, xoşbəxtliyi və bədbəxtliyi olduğunu dərk
edəndən sonra insan üçün çox danışmaq asan olmur. Danışıb sözlərimlə bir-iki dərdi sürüyə-sürüyə
dartıb fikirlərimin kəndarına gətirmək beynimin dərd paliqonundan qovub
çıxarmaq istəsəm də, bunun baş tutmayacağını bilib, sakit qalıram. Mən özümü başqasının yaşamına qoşqu etmək
istəmirəm. Onsuzda bilirəm ki, belə sadəlöv hərəkətlərlə həyatımın çiyinlərimə
yüklədiyi, hərdən məni “bu qədər dərdin altında
əzilib məhv olacağam” düşüncəsinə salacaq qədər ağır, əzab yüküm azalmayacaq. Həm də insanlar problemlərindən
danışanları xoşlamırlar. Hara çevrilirsən- çevril, tənhasanki, tənhasan dərdin
olsa da olmasa da. Artıq yaşamımın gözlərinin
içinin- içinə baxmaq, oradakı giziltili, hər an yox olmağa hazır olan ümüdsüz, ümüdlərə
ümüd verməyin zamanıdır. Bu həyata, yaşama olan istək və arzularımı təzədən kəsib biçməyim lazımdı. Yaxşı və dərdsiz sabaha ümid
etmək istəməliyəm. Niyəsə elə bilirəm ümid
yaxşı hissdir. Bəlkə də hisslərin ən yaxşısıdır. O özünü görə bilmədiyin, ancaq
işığını sezdiyin, bəlkə də görmək istədiyin, köhnə görkəmli kerasin lampası
kimidir. O lampa günəşə də çevrilə bilər, qəfildən yerə çırpılıb çilik-çilik də
ola bilər. İnsanların parça-parça olub yoxa çıxan ümidləri kimi.
ardı...
yeni yazilar | kohne yazilar
Hesaba giriş
YouTube-da izlə
Facebook