O dünyaya gedər olsam, dərdimə tən olan varmı?
Saçın yolub mənim üçün ağı ötən olan varmı?
***
Məzarıma gəlib hərdən,xatırlayıb keçənləri,
Qəbir daşım qucub,öpüb,üstüm örtən olan varmı?
ardı...
Sormagil əhvalımı,halım pərişan olmuşam,
Firqətin dərdin çəkib ağlar gözüm qan olmuşam.
***
Çarəsin axtarmagil qəmdən yanan bimarların,
Sanmışam onlar çəkən min dərdə dərman olmuşam.
ardı...
Qalxdı bütün qiymətlər ceyran belinə,neyləyək.
Döndü axan göz yaşı leysan selinə,neyləyək.
***
Çıxdı kasıb bazarlığa əldə zənbil,bir az pul,
Hamı baxıb güldü onun zənbilinə,neyləyək.
ardı...