İnsan qəlbi
sevdiklərinin rahatlığı və sevinci ilə qidalandıqca, yaxınlarının uğur və gələcəyindən
əmin olduqca həqiqi əvəzsiz ləzzətin dadını- tamını dilsiz- ağızsız damağında
duyur, doğuluşundan bu günə kimi yaşadığı bütün nəhs duyğulara, qara bədbin səhnələrə
etinasız yanaşıb onların yoxluğunu fəhm edir. Bu təbiidir.
ardı...
Qalibiyyət
və faciəmizdən 23 qədəm uzaqlaşırıq. Yaxınlığı göstərən tək məfhum isə 23 il əvvəlki
hüzünlü hadisələrin hərarəti ilə isinən qəlbimizdir. Kamançanın səsinə etinasız
yanaşmayı bacarmayan, keçmişə cəsarətlə baxan xalqın ürəyi...20 Yanvar
metrosunda eşitdiyim kamançanın səsini, gördüyüm üzləri, qərənfillərin ətrafına
yığılan qayğılı ürəkləri izlədikcə uzaq olmayan bir keçmişin hekayəsini eşitmək
çətin olmur. İlə yanvarla başladıq.. Müstəqilliyə başladığımız kimi. Bu günün həqiqətini
dərk eləmək sonu olmayan addımların şərhini vermək qədər çətindir. Çünki bu gün
nə matəmdir, nə də bayram. Bu gün başlanğıcdır.
ardı...