Nə qədər sözlər var təsəlli etmək üçün. Faydasızdırlar demək olmaz. Məsələn elə `hər şey yaxşı olacaq` sözü... bir təsəlllidən bir ümidə, yeni bir həyata təkan olur... ən çətin bir vəziyyətdə xilas edə bilər bir insanı. Ola bilsin ki, hər şey yaxşı olmaz, ama yaxşı olacaq düşüncəyilə yaşayar insan, ümidsizlikdən yaxşı yaşayar...
ardı...
Uşaqkən bizə deyilən çox az söz var ki, onlara ömrümüzün sona qədər inanmalı və əməl etməliyik. Yalan danışmayın... nə olur olsun... Amma ona görə yox ki, yalan ən böyük günahdır və məhşər günü buna görə cəzalandırılarsınız. Ona görə ki, siz yalan danışaraq kimisə cəzalandırırsınız. Kiminsə gələcəyini çürük bir bünövrədən qurmasına səbəb olursunuz. Bəlkə də elə buna görə yalan ən böyük günahlardandır...
ardı...
Yolla gedirəm. Hərdən avtobusa minirəm. Amma yenə yolla gedirəm. Getdiyim yol quru və ya polçıqlı, uzun və ya qısa olur. Hərdən qarışqa yuvasına bənzəyən yeraltı yoldan da istifadə edirəm. Yolum hərdən yolun ortasından, mağazaların, bankların yanından və ya parkın içindən keçir. Bəs mən görəsən hansı yolu xoşlayıram?
ardı...
Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasından 93 il ötürAzərbaycan Xalq Cümhuriyyəti – dövlətçilik tariximizin ləyaqət səhifələrindən biridir. Yanvarın 11-də Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınmasından 93 il ötür. Bu tarixdən sonra Azərbaycanın müstəqil bir dövlət olaraq dünya miqyasında bərabərhüquqlu yaşaması üçün geniş imkanlar yarandı. Ancaq bir neçə ay sonra ölkəmiz Rusiya imperiyasının təməli üzərində qurulmuş bolşevik Rusiyası tərəfindən amansızcasına işğal olundu.
ardı...
Balaca qarışqa da digər heyvanlar kimi qış
yuxusundan oyanmışdı. Çünki yaz gəlmişdi. Günəşin ilıq işığı meşəni isidirdi.
Bu ilıq şüalardan bitkilər, heyvanlar və torpaq öz payını alırdı.
ardı...
Etiraf
edirəm... Təkcə xəyallar qarşısında aciz qaldığımı etiraf edirəm. Əslində mən zəif
deyiləm. Hərdən qəlbimin lap dərinliyində mənə tanış olmayan hansısa qeyri- adi
bir gücün dil açıb danışan bir canlı kimi köksümün əngin fəzasında ayaq alıb
yeridiyini hiss edirəm.
ardı...