"Yaxşı ki, xatırlamağa bir şeylər var, deyə o fikirləşdi. Hər xatirənin öz xatırlanmaq məqamı var. Biri digərini əvəz etməz...Həmin gün yağış yağırdı. Soyu
ardı...
…tələsrik... səhərdən axşama qədər... bəzən də elə axşamdan səhərə... Problemlərimiz olanda axşama tələsirik, iş bitsin, ya tək ya da dostlarla bir az vaxt keçirim başım qarışsın... Bəlkə problemləri də keçirdiyim o vaxt həll etsin... zaman hər şeyi dərmanıdı deyirlər axı...
ardı...
"Yazmaq
asan iş deyil.Heç çətin də deyil.Əvvəl nə yazırdın,yadına düşür?Mütləq
yadınadır.Bir 12 vərəq dəftəri öyrənməkdən daha çox müəllimin qorxusuyla
qarın-qarına yazdığın hərflərlə doldurardın.Sonra qorxun keçdi.Axı artıq
yazmağı bilirdin və böyümüşdün də..Başladın çalışmaları,ev tapşırıqlarını
yazmamağa.. Onun yerinə dərsdə dəftərinə yekəbaş,çəpgöz,qulaqları
əyri,dişlərini mişara oxşatdığın insanvari varlıqlar çəkməyə...Arada bir yenə
əlin dinc dayanmırdı..Yenə nəsə yazırdın.Ya bir ürək çəkib içinə O`nun
adını yazardın,ya da O yoxdursa sevdiyin qrupun adını yazıb
başlayırdın qıraq bucağını bəzəməyə.. Və ya mənim kimi qanadlı skelet
başları çəkib altından yekə-yekə Mələk yazardın...
ardı...
Baş götürüb qaçmaq istəyirsən... dünyanın lap axırına... bitdiyi yerə... orda ki insanlar dünyanın kənarından yıxılıb ölürlər... orda yaşamaq... orda yaşlanmaq... bütün kürrə formasında olan dünyanı dolanııb sonunda hamı ora gələcək... Hamını görəcəksən..
ardı...