Birinci dəfə idi şəhərə gəlirdi. 20 il ərzində
birinci dəfə. Doğma kəndini heç vaxt tərk etməmişdi. Heç etmək fikri də yox
idi. Baş verənlər - ərinin ölümü, onun ölümündən sonra qayınanasının onu evdən
qovması – onu bu hərəkəti etməyə məcbur etmişdi.
ardı...
Mən zala daxil olanda heç
kim yox idi. Onlardan başqa. Onlar kinonu çox sevirdilər. Bir yerdə kinoya
baxmağı da. Ona görə bu işi seçmişdilər. Biri Vidadi əmi idi, biri də Aidə
xala. Mənim isə adım Aykandır. İlk dəfə idi kinoya gedirdim. Mən bilirdim ki,
kinoya elə də çox gedən yoxdur. Amma bu cür də təsəvvür etmirdim. Kino
qurtarandan sonra sonradan adını öyrənəcəyim bu iki qoca ər-arvada yaxınlaşdım.
Vidadi əmi kinoteatrda kinoların təqdim olunması işinə baxır. Aidə xala isə xadimədir.
Senaslardan sonra yerə tökülən popkornları süpürüb, təmizləyir. Onlardan
soruşdum:
ardı...
Orxan Fikrətoğlunu “Zorxana” verilişindən tanımayan adam tanımıram. Amma onu nasir kimi özüm üçün kəşf etməyim yaxın vaxtlarda olub. Onun ədəbi mühitdə belə az tanınan “Vaxt” kitabı son illərdə Azərbaycan nəsrində hadisədir. “Vaxt” kitabında onlarla şedevrlər var.
ardı...
Balaca qarışqa da digər heyvanlar kimi qış yuxusundan oyanmışdı. Çünki yaz gəlmişdi. Günəşin ilıq işığı meşəni isidirdi. Bu ilıq şüalardan bitkilər, heyvanlar və torpaq öz payını alırdı.
ardı...
"Aurelianin
oratoriyasi"
1992-ci ildən dünyanın
teatr məbədlərini gəzib dolaşan və xatirələrdə əbədilik həkk olunan A.P.Çexov
adına Beynəlxaq Teatr Festivalı ötən il Bakının da yaddaşında daimi guşə
yaratdı.
ardı...
Nobel mükafatlı türk yazıçısı Orxan Pamukun əvvəlcə ingiliscə nəşr olunan son “Saf və düşüncəli romançı” kitabı Türkiyədə bu günlərdə işıq üzü görüb. Yeni romanda Ayişə və Zeynəb adlı iki xəyali qəhrəman yaradan Orxan Pamuk fransız yazıçısı Marsel Prustun “İtmiş zamanın izində” kitabından bəhs edir.
ardı...