Məni, bir gün gələcək,haqlayacaqdır qocalıq,
Çəkəcəkdir sınağa,yoxlayacaqdır qocalıq.
***
Özü məndən qaçacaq,mən ona hər an yaxınam,
Yenə gənclik həvəsin saxlayacaqdır qocalıq.
ardı...
Çox istəmə var dövləti,kim sağ olacaqdır,
Onsuz da qalan beşcə metir ağ olacaqdır.
****
Aşiq nə qədər qəm çəkə,əlbəttə,usanmaz,
Çəkdikcə,qəmin çarəsi yox,dağ olacaqdır.
ardı...
Bir zamanlar bu gün son zəng olardı,
Ürəklərə sevinc,qüssə dolardı.
O günlərim,qayıt geri,nolardı...
İyirmi beş may nə gözəl gün idi,
O gün hamı üçün özəl gün idi...
ardı...
Aşiqləri qəm çəkmədə,dövrandı günahkar,
Ağlar gözü yaş tökmədə,leysandı günahkar.
***
Dərd əhli çəkir,qəm dolu möhnətdi bu dünya,
Aşiq nə qədər ah çəkə,əfğandı günahkar.
ardı...
Yansan oda pərvanə kimin yan,o da yansın,
Yanmaq ilə şam can edə qurban oda,yansın.
***
Sordun,yenə həsrət dolu gözlər kimi gözlər,
Söylər,ola canan mənə mehman,oda yansın.(1)
ardı...